Bazar , 12 May 2024

Xarici siyasət

İlham Əliyev Latviya Prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti Egils Levitsə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un məlumatına görə, mətndə deyilir: “Hörmətli cənab Prezident, Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm. Azərbaycan-Latviya dostluğu və əməkdaşlığı xoş ənənələrə malikdir. İnanıram ki, ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə …

Read More »

Moskva vilayətində azərbaycanlı əsgərlərin xatirə lövhəsinin açılışı olub

Moskva vilayətinin Lotoşino qəsəbəsində İkinci Dünya müharibəsi zamanı həlak olmuş azərbaycanlı əsgərlərin qəhrəmanlığını əbədiləşdirmək məqsədilə xatirə lövhəsinin açılışı olub. Boyukmillet.com xəbər verir ki, abidənin açılışında Moskva və Moskvaətrafının Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. 1941-ci ildə alman ordusu Moskvanın mühasirəyə alınması və ələ keçirilməsini nəzərdə tutan “Tayfun” əməliyyatına başlayıb. Lotoşino rayonu düşmənin paytaxta doğru hərəkəti yolunda idi. Döyüşlər zamanı sovet ordusunun …

Read More »

Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib

Türkiyənin Milli Müdafiə Nazirliyi 17 noyabr Milli Dirçəliş Günü ilə bağlı Azərbaycanı təbrik edir. Boyukmillet.com xəbər verir ki, nazirlik bununla bağlı rəsmi tviter səhifəsində paylaşım edib. Paylaşımda deyilir: “33 il əvvəl milli dirçəliş üçün mübarizə aparan və bu gün də o inancla işğal edilmiş torpaqlarını azad edən Can Azərbaycanın Milli Dirçəliş Günü mübarək olsun. Türkiyə və Azərbaycan bundan sonra da “Bir …

Read More »

XİN başçısı: “Azərbaycan üçün mübarizənin yeni mərhələsi başlayıb”

“Azərbaycanın zəfər əldə etməsi və Türkiyə ilə qurduğu münasibətlər nəticəsində Cənubi Qafqazda yeni reallıq yaranıb”. Boyukmillet.com  “Anadolu”ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib. Onun sözlərinə görə, bunu da hər kəs qəbul edir və edəcək: “Azərbaycan üçün mübarizənin yeni mərhələsi başlayıb. Otuz ildir işğal altında olan, yerlə-yeksan edilmiş, bir milyona yaxın insanımızın didərgin salındığı həmin torpaqların minalardan …

Read More »

ABŞ Azərbaycana daha 30 minaaxtaran it göndərəcək

“Növbəti ilyarım ərzində Azərbaycana 30 minaaxtaran it veriləcək”. Boyukmillet.com -un xəbərinə görə, bu barədə ABŞ-ın “Marşal” Miras İnstitutu məlumat yayıb. Bildirilib ki, artıq ilk 12 minaaxtaran it təlimlərə başlayıb: “Onlar beynəlxalq mina təmizləmə standartlarına uyğun sertfikat aldıqdan sonra öz işlərinə başlayacaqlar”. Qeyd olunub ki, “Marşal” Miras İnstitutu 2005-ci ildən Azərbaycanda ərazilərinin minalardan təmizlənməsi üzrə yerli qurum olan Azərbaycan Respublikasının Minatəmizləmə …

Read More »

İstanbulda Türkiyə-Azərbaycan qardaşlıq mükafatları təqdim edilib

İstanbulda Türkiyə-Azərbaycan qardaşlıq mükafatlarının təqdimetmə mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, Türkiyənin “BHS Group Media” şirkəti və Türkiyə Azərbaycan Strategiya və İqtisadiyyat Klubunun birgə təşkilatçılığı ilə ərsəyə gələn tədbir bu il dördüncü dəfə baş tutub. “Bir millət, iki dövlət” şüarı altında keçirilən mərasimdə ötən illərdən fərqli olaraq bu dəfə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin birinci ildönümü …

Read More »

Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşüb

Noyabrın 16-da xarici işlər naziri Ceyhun Bayramov Brüsselə işgüzar səfəri çərçivəsində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Kunio Mikuriya ilə görüşüb.Görüş zamanı ÜGT ilə ölkəmiz arasındakı mövcud əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunub, yeni istiqamətlər üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.Nazir Ceyhun Bayramov qeyd edib ki, 1 il bundan öncə baş vermiş Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Nəticədə, …

Read More »

Prezident İlham Əliyev: “Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”

“Yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 16-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı deyib. Söhbət əsnasında Prezident Şarl Mişel Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələrlə bağlı narahatlığını ifadə edib. Sərhəddə cərəyan edən hadisələrlə bağlı Şarl Mişelin müraciətinə cavab olaraq Prezident İlham Əliyev bildirib ki, dəfələrlə …

Read More »

Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycan liderinə zəng edib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Söhbət əsnasında Prezident Şarl Mişel Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələrlə bağlı narahatlığını ifadə edib. Sərhəddə cərəyan edən hadisələrlə bağlı Şarl Mişelin müraciətinə cavab olaraq Prezident İlham Əliyev bildirib ki, dəfələrlə Ermənistan tərəfi Şuşa, Laçın, Kəlbəcər …

Read More »

Azərbaycan XİN: “Bölgədə yaşanan gərginlik Ermənistanın növbəti hərbi-siyasi təxribatıdır”

“Son günlərdə Ermənistan tərəfindən məqsədyönlü təxribatların törədildiyi müşahidə edilir. Bu, Ermənistan rəhbərliyinin növbəti hərbi avantürasıdır”. Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib. “Belə ki, Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycanın müvəqqəti Rusiya sülhməramlılarının nəzarətində olan ərazisinə qanunsuz səfəri və burada hərbi təyinatlı müşavirələr keçirməsi, Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyətinin Laçın rayonunda Azərbaycan Ordusunun mövqelərinə aparan yol …

Read More »