Bazar , 22 Noyabr 2026
Drone Cameras

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş başlayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde arasında görüş keçirilir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bakıda baş tutan görüşdə Azərbaycan və İsveç arasındakı ikitərəfli əməkdaşlıq məsələləri, bölgədəki mövcud vəziyyət, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatların həyata keçirilməsi, ATƏT ilə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilir.

Check Also

Paşinyan Azərbaycan lideri ilə Ermənistanın yeni konstitusiyasını müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Dublində keçirilən görüşdə Ermənistanın yeni konstitusiyasının …