Şənbə , 20 Aprel 2024
Drone Cameras

Rusiya sülhməramlıları Kəlbəcərə 130 ton yükün çatdırılmasını təmin edib

Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad olunan əraziləri arasında humanitar yüklərin tranzitini təmin etməyə davam edir.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sosial obyekt və yaşayış evlərinin enerji və su təminatı sistemlərini bərpa etmək üçün Humanitar Yardım Mərkəzinin 20 “KamAZ” markalı hərbi avtomobili və müşayiət edən maşınlardan ibarət kolonna Kəlbəcər rayonuna 130tondan çox yük çatdırıb (elektrik avadanlığı, dəmir-beton konstruksiyası və tikinti materialları).

Nazirlik indiyədək 1 300 ton yükün tranzitinin təşkil edildiyini açıqlayıb.

Yükün çatdırılması Azərbaycan, Rusiya və Ermənistan arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən gerçəkləşdirilib.

Check Also

Azərbaycan Ordusunun Aprel qələbəsindən 8 il ötür

 Bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Boyukmillet.com xatırladır ki, Azərbaycan …