Cümə , 29 Mart 2024
Drone Cameras

Azərbaycan və Türkiyə XİN başçılarının Tacikistanda görüşü olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Tacikistana səfəri çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşü olub.

XİN-dən verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyət, eləcə də münaqişə sonrası yenidənqurma və bərpa prosesi çərçivəsində Azərbaycan tərəfindən görülən işlər barədə fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri müzakirə edib və aprelin 1-dən Azərbaycan və Türkiyə arasında qarşılıqlı vizadan azadetmə haqqında Bakıda imzalanmış sazişə dəyişikliklər edilməsi haqqında 1 saylı Protokolun qüvvəyə mindiyini və bu tarixdən vətəndaşlarımızın şəxsiyyət vəsiqəsini sərhədkeçmə sənədi kimi istifadə edə biləcəklərini məmnunluqla qeyd ediblər.

Görüşdə habelə qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.

Check Also

Ermənistan parlamentinin spikeri: Rusiya bizi dəfələrlə aldadıb

Rusiya Ermənistanı dəfələrlə aldadıb. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. …