Bazar , 19 May 2024
Drone Cameras

Türkiyə səfirliyi zəlzələdən zərərçəkənlərə yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib

Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib.

Boyukmillet.com xəbər verir ki, zərərçəkənlərin əsasən qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var.

Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır.

Yardımlar Bakı şəhəri, Babək prospekti 27, “Doğtaş” mebel mağazasında toplanır.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb. 5 775 bina dağılıb.

Check Also

Latviya parlamentinin sədri Füzulidə səfərdədir

Latviya Respublikası parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Füzuli rayonuna gəlib. Boyukmillet.com xəbər verir …