Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Naxçıvanda Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım toplanan ünvan açıqlanıb

Türkiyənin Naxçıvandakı Baş konsulluğu zəlzələdən zərərçəkənlərə yardımla bağlı muxtar respublika sakinlərinə müraciət edib.

Boyukmillet.com xəbər verir ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdən zərərçəkmiş insanlara muxtar respublika sakinləri də yardım edə bilərlər.

Zəlzələ bölgəsində ehtiyac olan ləvazimatlar əsasən geyim, çadır, yataq, qızdırıcı avadanlıqlar və azyaşlı uşaqlar üçün lazım olan əşyalardır.

Sözügedən ləvazimatların şəxsən və ya karqo yolu ilə Baş konsulluğa çatdırılması mümkündür.

Yardımlar Naxçıvan şəhəri Heydər Əliyev prospekti 17 ünvanında toplanır.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …