Bazar , 19 May 2024

Xarici siyasət

Türkiyə XİN başçısı: “Azərbaycanlı qardaşlarımız bir millət olduğumuzu hər zaman göstərirlər”

“Sağ olsun, azərbaycanlı qardaşlarımız, xilasedicilər bir millət olduğumuzu hər zaman göstərirlər”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kahramanmaraş şəhərində həmkarı Ceyhun Bayramovla dağıntılar altında qalmış şəxslərin çıxarılması əməliyyatlarını izləyərkən deyib. “Azərbaycanla kədərimiz də, sevincimiz də bir, acımız da, zəfərimiz də birdir, -o əlavə edib.

Read More »

Çavuşoğlu: “Var olsun, Azərbaycan!”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə Kahramanmaraş şəhərində həmkarı Ceyhun Bayramovla dağıntılar altında qalmış şəxslərin çıxarılması əməliyyatlarını izləyərkən deyib. “Qardaşlarımız Türkiyədə baş vermiş yanğınlar zamanı da bizə köməklik etdi. Var olsun, Azərbaycan!”

Read More »

Azərbaycan XİN İsrailə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrailə başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN-in rəsmi tviter hesabında paylaşım edilib. “Şərqi Yerusəlimdə avtobus dayanacağında baş verən terroru şiddətlə qınayırıq. Həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq”, – paylaşımda qeyd olunub. We strongly condemn the terror ramming at the bus stop in East Jerusalem. We express our condolences to the …

Read More »

Ceyhun Bayramov Türkiyənin Kahramanmaraş şəhərinə yola düşüb

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin zəlzələdən zərər çəkmiş ərazilərini ziyarət etmək məqsədilə Kahramanmaraş şəhərinə səfərə yola düşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşü nəzərdə tutulur.

Read More »

Türkiyə səfirliyinin müşaviri: “Azərbaycan yas tutur, kimsənin kefi yoxdur”

“Azərbaycan da yas tutur. Kimsənin kefi yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Hüseyn Altınalın “Tviter”də yazıb. O bildirib ki, Azərbaycan ictimaiyyətin hər təbəqəsi zəlzələnin ağrısını ürəyində hiss edir: “Bakıdakı məscidlərdə imamlar dualarının böyük hissəsini ölkəmizdə zəlzələdən zərərçəkənlərə həsr ediblər. O dualara “amin” deyərkən səslərin çox möhkəm çıxması təsiredici idi. Yaşasın qardaşlığımız”. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin …

Read More »

Səfir azərbaycanlılara Türkiyəyə ianələrini hansı bank hesablarına etmələrini paylaşıb

Azərbaycanın səfiri Rəşad Məmmədov ölkə vətətəndaşlarını Türkiyəyə ianələrini hansı bank hesablarına etmələrini paylaşıb. Boyukmillet.com xəbər verir ki, o, bu barədə tviterdə yazıb. “Türkiyədə zəlzələdən zərər çəkmiş vilayətlərdə görülən işlərə dəstək olmaq istəyən vətəndaşlarımız aşağıdakı bank hesab nömrələri vasitəsilə ianə edə bilərlər”, – o yazıb. Türkiyə Respublikasında zəlzələdən zərər çəkmiş vilayətlərdə görülən işlərə dəstək olmaq istəyən vətəndaşlarımız aşağıdakı bank hesap nömrələri …

Read More »

Qurtuluş savaşında üzüyünü Türkiyəyə göndərən Azərbaycan qadını indi də cehizlik yorğan-döşəyini qardaşına göndərir…

Bu millət Çanaqqalada da birgə döyüşdü, Qurtuluş savaşında da. İndi də bərabər mübarizə aparırıq təbiətin qəzəbinə qarşı. O dağıntılar altında qalan təkcə Türkiyə yox, həm də Azərbaycandır. Öz evimizdə hiss edirik o ağrını. Dağıntılar altından xilas edilən hər cana birgə sevinir, hər cansız bədənə birgə üzülürük. Biz şairin də dediyi kimi, bir bədəndə iki can, bir ananın iki oğlu, bir …

Read More »

Türkiyə səfiri Bakıda yardım toplanması kampaniyası ilə bağlı paylaşım edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı qardaş ölkədə zəlzələ nəticəsində zərərçəkmişlərə kömək üçün Bakıda yardım toplanması kampaniyası ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, diplomat tviter hesabında foto paylaşıb və yazıb: “Azərbaycan xalqı yardım göndərərkən (1918-ci ildə Azərbaycana gələrək bolşevik işğalına qarşı müstəqillik yolunu açan) “Nuri Paşanı unutmadıq” mesajını göndərdi”. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu …

Read More »

Mehriban Əliyevanın göstərişi ilə daha bir humanitar yardım təyyarəsi Türkiyəyə yola düşür

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Türkiyənin zəlzələ bölgəsinə növbəti humanitar yardım təyyarəsi yola düşür. Boyukmillet.com xəbər verir ki, budəfəki humanitar yardıma faciədən zərər çəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar daxildir.Heydər …

Read More »