Bazar , 19 May 2024

Xarici siyasət

“Azərbaycan bu məsələni Ermənistanla müzakirə etmək fikrində belə deyil”

“Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunması yalandır”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtonda Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması barədə guya razılıq əldə olunduğuna dair bəyanatla çıxış …

Read More »

Paşinyan Aİ-nin xüsusi nümayəndəsi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla İrəvanda keçirdiyi görüşdə regional təhlükəsizlik məsələlərini müzakirə edib. Boyukmillet.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Ermənistan arasında normallaşma prosesi, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizlik təminatı müzakirə olunub. N.Paşinyan və T.Klaar həmçinin regionda sülh və təhlükəsizlik məsələləri, Azərbaycanla Ermənistanın sərhəd delimitasiyası və …

Read More »

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisini Laçın yolundakı son qanunsuz fəaliyyətlərlə bağlı məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridi telefon danışığı zamanı Laçin yolundakı son qanunsuz fəaliyyətlərlə bağlı məlumatlandırıb.  Bu barədə  Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, tərəflər Azərbaycanla Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, habelə Azərbaycan və ABŞ arasında əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri ətrafında fikir mübadiləsi aparıblar. C.Bayramov sülh …

Read More »

Türkiyənin xüsusi təyinatlıları səfir Cahit Bağcı ilə görüşüblər

Türkiyə təhlükəsizlik qüvvələrinin xüsusi təyinatlı qüvvələrinin şəxsi heyəti bu ölkənin Azərbaycandakı səfirliyində olublar. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı tviter səhifəsində yazıb. Diplomat şəxsi heyətin fəaliyyəti barədə məlumat aldığını, müzakirələr aparıldığını bildirib: “Allah onları qorusun, güclərini artırsın”.

Read More »

Albaniya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Albaniyanın Baş naziri Edi Ramanın Azərbaycan Respublikasına işgüzar səfəri dekabrın 8-də başa çatıb. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Baş nazir Edi Ramanı Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.

Read More »

Armen Qriqoryan: “Ermənistan sülh müqaviləsi layihəsinin redaktə edilmiş mətnini tezliklə Azərbaycana təqdim edəcək”

“Ermənistan ilin sonuna qədər sülh müqaviləsinin bağlanması üçün hər cür səy göstərəcək”. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 8-də keçirdiyi brifinqdə deyib. O bildirib ki, rəsmi İrəvan sülh müqaviləsi layihəsinin Ermənistan tərəfinin əlavə və şərhləri ilə redaktə edilmiş mətnini tezliklə Azərbaycana təqdim edəcək.

Read More »

Azərbaycan Baş prokuroru erməni həmkarı ilə görüşdə Ermənistanın minalanmanı davam etdirməsi məsələsini qaldırıb

“Ermənistan tərəfindən ərazilərimizin minalanma prosesini davam etdirməsi yolverilməzdir”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşündə deyib. O, mina xəritələrinin verilməsinin insanların həyat və sağlamlığının qorunmasında əhəmiyyətini qeyd edib. Baş prokuror Qarabağa qanunsuz səfərlərin təşkilini və ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının yolverilməzliyini diqqətə çatdırıb. O, Birinci və …

Read More »

Baş prokuror: “Azərbaycan tərəfindən üçtərəfli bəyanatlara tam şəkildə riayət olunur”

“Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlara tam şəkildə riayət olunur”. Boyukmillet.com -un xəbərinə görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşündə deyib. Görüş çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış bəyanatların icrası və hüquqi sahədə gələcək …

Read More »

Mirzoyan: “Sülh müqaviləsi ilin sonuna qədər imzalanmayacaq”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “hökumət saatı” zamanı bildirib ki, Azərbaycanla sülh sazişinin yekun variantının 2022-ci ilin sonuna qədər imzalanacağına əmin deyil. Boyukmillet.com xəbər verir ki, o, danışıqların aktiv mərhələdə olduğunu deyib. Nazir əlavə edib ki, İrəvan Azərbaycanın təşəbbüslərinə cavab olaraq yeni təkliflərlə çıxış edəcək. “Sülh sazişi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə danışıqlar fəal mərhələdədir. Sənəd var, hər dəfə yeni redaktədə …

Read More »

Albaniyanın Baş naziri Azərbaycana işgüzar səfərə gəlib

Albaniyanın Baş naziri Edi Rama dekabrın 7-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdür. Baş nazir Edi Ramanı Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar

Read More »