Bazar , 2 İyun 2024

Xarici siyasət

Kayseridə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri arasında görüş başlayıb

Türkiyənin Kayseri şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Caunşer Burçuladze arasında görüş başlayıb. Boyukmillet.com xəbər verir ki, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması müzakirə olunur. Nazirlər eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparacaqlar. Qeyd edək ki, Z.Həsənov dekabrın 20-də …

Read More »

Azərbaycan XİN: “Ermənistan hökuməti Laçın yolunda sistematik insan hüquqları pozuntuları törədib”

“Ermənistan hökuməti Laçın yolunda sistematik insan hüquqları pozuntuları törədib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, yenicə aşkar olunmuş dəlillər göstərir ki, Ermənistan silahlı qüvvələri 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən tərk etməli olduqları ərazilərdə minalar, habelə mülki evlərdə mina tələləri yerləşdirməyə davam edir: “Buna, Üçtərəfli Bəyanatın birmənalı pozuntusu olaraq Ermənistanda …

Read More »

Azərbaycan Ermənistanla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib

Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə azərbaycanlıların insan hüquqlarının kobud şəkildə pozulmasına görə Ermənistana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət təqdim edib. Bu barədə  Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Azərbaycan 2022-ci ilin may-avqust aylarında Ermənistanın Laçın şəhərini və iki qonşu kəndi tərk etməsi zamanı əmlakın, o cümlədən yüzlərlə mülki evin və digər yaşayış sahələrinin qəsdən və …

Read More »

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Ermənistanın təxribatına cavab verib

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışında Ermənistanın dövlət tərəfindən idarə olunan manipulyasiya, təhrif və saxtakarlıq kampaniyasına görə Təhlükəsizlik Şurasından sui-istifadə etməsindən dərin təəssüf hissi keçirdiyini bildirib. Səfir Ermənistanın BMT yanında daimi nümayəndəliyi tərəfindən Azərbaycana qarşı irəli sürülən bütün iddiaları qətiyyətlə rədd edib, tamamilə yalan, əsassız olduğunu bildirib. Boyukmillet.com xəbər verir ki, BMT-nin Təhlükəsizlik Şurasına …

Read More »

Azərbaycan XİN: “Ermənistan XİN yalan məlumatlar yayır”

“Ermənistan Xarici İşlər Nazirliyi Laçın yolunun bağlanması və Qarabağda yaşayan ermənilərin sayı haqqında yalan xəbərlər yaymaqda davam edir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb. O bildirib ki, sosial şəbəkələrdə yayılan çoxsaylı videogörüntülərdə avtomobillərin Laçın yolundan sərbəst keçdiyi aydın görünür. Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən faydalı yataqların qanunsuz …

Read More »

Azərbaycan XİN: “Kanadanın qərəzli bəyanatını qəti şəkildə rədd edirik”

“Kanada Xarici İşlər Nazirliyinin qərəzli bəyanatını qəti şəkildə rədd edirik”. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) tviter hesabında Kanada XİN-lə bağlı bəyanatında yer alıb. Qeyd edək ki, Kanada XİN növbəti dəfə Ermənistanı müdafiə edən bəyanat yayıb. Azərbaycan XİN isə öz növbəsində vurğulayıb ki, Kanada Ermənistanı Laçın yolundan qanunsuz hərbi və iqtisadi fəaliyyətlər üçün istifadəni dayandırmağa çağırmaqla …

Read More »

Azərbaycan XİN Qətəri təbrik edib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Qətəri Milli Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, XİN bununla bağlı tviter hesabında paylaşım edib. “Qətər Dövlətinin Milli Günü münasibətilə Qətər hökumətinə və xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq. Milli Gününüz mübarək, Qətər!”, – paylaşımda qeyd edilir.

Read More »

Azərbaycan Prezidenti Qətər Əmirini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanini milli bayram münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Qətər Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Əminəm ki, Azərbaycan ilə Qətər arasında güclü İslam həmrəyliyinə əsaslanan ənənəvi dostluq …

Read More »