Bazar , 19 May 2024

Xarici siyasət

Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanın ekoloji terrorunu pisləməyə çağırıb

“2023-cü il yanvarın 18-də Azərbaycan “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Bern Konvensiyasına uyğun olaraq indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesini başladıb. Bu tarixi arbitraj işi, təxminən otuz il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin qanunsuz işğalı dövründə Ermənistanı Azərbaycanın ətraf mühitinin və biomüxtəlifliyinin geniş miqyasda məhv edilməsinə görə məsuliyyətə cəlb etmək məqsədi daşıyır”. Boyukmillet.com xəbər verir ki, …

Read More »

İsrail XİN-in nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan İsrail Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nounun rəhbərlik etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik tviterdə yazıb. “Qara Yanvarı anmaq üçün Bakıdakı Şəhidlər xiyabanını ziyarət etdik”, – diplomat bildirib.

Read More »

XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə Sovet Ordusu bölmələri və xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Bakı və Sumqayıt şəhərlərində, Lənkəran və Neftçalada dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və …

Read More »

Azərbaycan XİN Ararat Mirzoyana cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ölkə parlamentində sualları cavablandırarkən rəsmi İrəvanın bir aydır Bakıdan sülh müqaviləsinə təkliflərlə bağlı cavab gözləməsinə, Azərbaycan tərəfinin guya danışıqları dayandırması ilə bağlı açıqlamalarına münasibət bildirib. Boyukmillet.com-un məlumatına görə, Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib ki, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin, o cümlədən sülh müqaviləsinin imzalanmasının təşəbbüskarının …

Read More »

Davosda Azərbaycanın enerji layihələrinin genişləndirilməsi məsələləri müzakirə edilib

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda BP Qrupunun baş icraçı direktoru Bernard Luni ilə görüşü olub. Boyukmillet.com  xəbər verir ki, görüşdə BP şirkətinin Azərbaycanda uzun müddət fəaliyyət göstərdiyi vurğulanıb. Azərbaycanın enerji layihələrinin yeni mərhələyə keçidi, qaz həcminin artırılması, bərpaolunan enerji layihələrində BP şirkətinin daha fəal iştirakı, mövcud layihələrin genişləndirilməsi məsələləri müzakirə olundu. Bernard Luni uzunmüddətli strateji əməkdaşlığa görə …

Read More »

İlham Əliyev: “Qardaş Qırğızıstanla dostluq və əməkdaşlıq əlaqələrinə xüsusi əhəmiyyət veririk”

“Biz dərin tarixi, mədəni və mənəvi köklərlə bağlı olduğumuz qardaş Qırğızıstan ilə dostluq və əməkdaşlıq əlaqələrinə xüsusi əhəmiyyət veririk. Otuz il əvvəl bu möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin xüsusən son illərdə yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatması böyük məmnunluq doğurur”. Boyukmillet.com  xəbər verir ki, bu sözlər Prezident İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarova ünvanladığı məktubda yer …

Read More »

Azərbaycan və Qırğızıstan prezidentləri arasında məktub mübadiləsi olub

Azərbaycan Prezidenti İlham Əliyevlə Qırğız Respublikasının Prezidenti Sadır Japarov arasında məktub mübadiləsi olub. Boyukmillet.com  xəbər verir ki, Prezident İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarova ünvanladığı məktubda deyilir: “Hörmətli Sadır Nurqojoyeviç, Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizi və qardaş xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, …

Read More »

Rusiya XİN rəhbəri: “Bizə Ermənistanın Laçın yolu ilə mina daşımasına dair məlumatlar verilib”

“Rəsmi Moskvaya Ermənistan tərəfinin Laçın yolu ilə mina daşımasına dair məlumatlar verilib və bu məlumatlar hazırda araşdırılır”. Boyukmillet.com xəbər verir ki, bunu xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib. Rusiya XİN rəhbəri vurğulayıb, üçtərəfli bəyanatlara əsasən, Laçın yolu hər iki istiqamətdə nəqliyyat vasitələrinin keçidi üçün sərbəst olmalıdır: “Təbii ki, orada ayrıca qeyd …

Read More »

Hindistan Azərbaycana yeni səfir təyin edib

Şri M. Şridharan Hindistanın Azərbaycanda yeni səfiri təyin edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Şri M. Şridharan bu vəzifədə Bavitlunq Vanlalvavnanı əvəz edəcək. Onun tezliklə vəzifəsinin icrasına başlayacağı gözlənilir.

Read More »