Bazar ertəsi , 20 May 2024

Xarici siyasət

Türkiyə səfirliyi zəlzələdən zərərçəkənlərə yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib

Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. Boyukmillet.com xəbər verir ki, zərərçəkənlərin əsasən qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var. Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır. Yardımlar Bakı şəhəri, Babək prospekti 27, “Doğtaş” mebel mağazasında toplanır. Qeyd edək ki, fevralın 6-da …

Read More »

Azərbaycan və ABŞ-ın NATO-dakı nümayəndələri görüşüb, İrandakı səfirliyimizə hücum müzakirə olunub

Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə ABŞ-ın Alyansdakı daimi təmsilçisi Julianne Smislə görüşüb. Boyukmillet.com  xəbər verir ki, bunu C.Hüseynzadə tviterdə yazıb. Tərəflər yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu müzakirə ediblər. Görüşdə həmçinin beynəlxalq sülh və təhlükəsizliyə töhfələr, ikitərəfli münasibətlər, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi və Laçın yolundakı durum barədə fikir mübadiləsi aparılıb.

Read More »

Əminə Ərdoğan Mehriban Əliyevaya təşəkkür edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəlzələdəki çoxsaylı insan tələfatı ilə bağlı başsağlığına görə təşəkkür edib. Boyukmillet.com  xəbər verir ki, Əminə Ərdoğan bu barədə tviter hesabında yazıb. “Hörmətli Mehriban, başsağlığı mesajınıza və dərdimizi bölüşdüyünüzə görə ürəkdən təşəkkür edirəm. Can Azərbaycan çətin günümüzdə yardımımıza ilk gələnlərdən oldu. Dəstəyiniz üçün təşəkkür edirik. Dostlarımızın yanımızda olduğunu bilmək …

Read More »

Azərbaycan Türkiyəyə daha iki yardım təyyarəsi göndərir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti iki təyyarə qardaş ölkəyə yola salınır. Boyukmillet.com  xəbər verir ki, təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndəriləcək. Hospital 4 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv …

Read More »

Hikmət Hacıyev azad edilmiş ərazilərə səfər edən beynəlxalq ziyarətçilərlə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərə səfər edən beynəlxalq ziyarətçilərlə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Hikmət Hacıyev tviterdə paylaşım edib. “Təbiətin gözəlliyi, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı yenidənqurma işlərinin miqyası beynəlxalq ziyarətçiləri heyran edib”, – Hikmət Hacıyev qeyd edib.

Read More »

Azərbaycanın axtarış-xilasetmə qrupu Adanadan Kahramanmaraşa yollanıb

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Adanadan Kahramanmaraş şəhərinə yola düşüb. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın xilasediciləri artıq Adananın Şakir Paşa Hava Limanından zəlzələrin nəticələrini aradan qaldırmaq üçün Kahramanmaraşa yola düşüb. Azərbaycan FHN-in növbəti qrupunun isə bir neçə saatdan sonra Adana şəhərinə çatması gözlənilir. Qeyd edək ki, Azərbaycan Prezidenti …

Read More »