Bazar , 19 May 2024
Drone Cameras

Vüqar Bayramov: “Bu gün Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar Heydər Əliyevin adı ilə bağlıdır”

Bu gün Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar və ərazi bütövlüyümüzün bərpası Heydər Əliyevin adı ilə bağlıdır.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Heydər Əliyev yenidən hakimiyyətə gələndə Azərbaycanın ümumi daxili məhsul istehsalı 375 milyon manat olub: “2002-ci ildə isə Azərbaycan iqtisadiyyatı 6,1 milyard manata qədər yüksəlib. Büdcə gəlirlərimiz 100 milyon manat idisə, bu gün gəlirlərimiz 35 milyard manat çivarındadır”.

O qeyd edib ki, bütün bunlar Heydər Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatların nəticəsidir.

Check Also

Cavanşir körpüsünün söküləməsi ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Mayın 20-də saat 17:00-dan etibarən Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Boyukmillet.com xəbər verir ki, …