Bazar , 19 May 2024
Drone Cameras

Xorvatiya Parlamentinin üzvü: “Xocalı soyqırımı beynəlxalq ictimaiyyət tərəfindən pislənilməlidir”

“Xocalı soyqırımı beynəlxalq ictimaiyyət tərəfindən pislənilməlidir”.

Boyukmillet.com xəbər verir ki, bunu Xorvatiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü millət vəkili Veljko Kajtazi ölkəmizin Xorvatiyadakı Səfirliyi tərəfindən Zaqreb şəhərində Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə konfransda deyib.

Konfransda, Xorvatiya Respublikasının dövlət qurumlarının rəsmiləri, ölkə Parlamentinin üzviləri, Zaqrebdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, AR Baş Prokurorluğunun nümayəndəsi, Xorvatiya Ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq humanitar hüquq sahəsində fəaliyyət göstərən ekspertlər və beyin mərkəzlərinin nümayəndələri, Xorvatiyada yaşayan Azərbaycanlılar, həmçinin ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə ilk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən səfir Anar İmanov, Xocalı soyqırımı barədə ətraflı məlumat verərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın Xocalı şəhərini işğal edərək çoxlu sayda mülki əhalini, əsasən də uşaq və qadınları qətlə yetirdiyini bildirmişdir. Səfir, Ermənistan silahlı qüvvələri tərəfindən xalqımıza qarşı törədilən vəhşiliklərdən danışaraq, soydaşlarımızın xüsusi amansızlıqla və qəddarlıqla qətlə yetirdiyini, əsir götürülən insanların dəhşətli işgəncəyə, zülmə və təhqirlərə məruz qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Səfir, xalqımıza qarşı etnik təmizləmə siyasətinin Ermənistanın dövlət siyasətinə çevrildiyini, soyqırımı haqqında beynəlxalq konvensiyaya uyğun olaraq bu tip cinayətləri törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasının hər bir ölkənin vəzifəsi olduğunu, Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunması üçün bütün ölkələrin və beynəlxalq strukturların öz səylərini birləşdirərək zəruri tədbirlər görməyə çağırıb.

Anar İmanov, bu faciənin törədənlərin cəzalandırılmamasının gələcəkdə bu kimi cinayətlərin təkrarlanmamasına zəmin yaradacağını vurğulayıb.

Səfir hər il fevralın 26-da dünyanın bir çox ölkələrində “Xocalıya ədalət” kampaniyası çərçivəsində müxtəlif tədbirlərin keçirildiyini, Azərbaycan tərəfindən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və bu tip cinayətlərin beynəlxalq səviyyədə tanıdılması ilə bağlı zəruri tədbirlərin görüldüyünü bildirib.

Tədbirdə Türkiyənin Xorvatiyadakı səfiri Yavuz Selim Kıran, Xorvatiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü millət vəkili Veljko Kajtazi, Azərbaycan Respublikasının Baş Prokurorunun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov, Xorvatiyanın İnkişaf və Beynəlxalq Münasibətlər İnstitutunun (IRMO) məsul üzviləri Kreşevan Antun Duymoviç və Matea Rokniç, Zaqreb Universitetinin Hüquq Fakültəsinin professoru Maja Munivrana, Bakı Multikultiralizm Mərkəzinin Xorvatiyalı nümayəndəsi İmran Srebrenikoviç, Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü Rosana Svetiç çıxış edərək, Xocalı soyqırımı cinayətinin beynəlxalq ictimaiyyət tərəfindən pislənməsini, gələcəkdə bu tip qanlı hadisələrin təkrarlanmaması üçün cinayətkarların cəzalandırılmasının vacibliyini qeyd ediblər.

Natiqlər, Xocalı soyqırımı ilə yanaşı baş vermiş digər soyqırımı cinayətlərindən də nəticə çıxarılmasını, insanlıq əleyhinə törədilən cinayətlərin qarşısının alınmasını, siyasi və hüquqi qiymətləndirilmənin yollarının müəyyənləşdirilməsinin vacibliyini vurğulayıblar.

Tədbirdə, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımını əks etdirən sənədli film nümayiş etdirilmiş və “Xocalıya ədalət” kampaniyası tərəfindən nəşr olunmuş bukletlər tədbir iştirakçılarına təqdim olunub.

Check Also

Ekspert: Qazaxıstan platforması Bakı ilə İrəvan arasında danışıqlar üçün əsas ola bilər

Qazaxıstan platforması Azərbaycan və Ermənistan arasında danışıqlar üçün əsas məkan ola bilər. Qazaxıstan platformasını qiymətləndirərkən …