Çərşənbə , 18 Sentyabr 2024

Xarici siyasət

Prezident diplomatik xidmət orqanları əməkdaşlarını təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər: “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə Abduləzimov Elşən Səməd oğlu Allahverdiyev Elçin Hüseyn oğlu Aslanov Azad Xanlar oğlu Cabbarov Abbas Hüseyn oğlu Cəfərov Sədi Rasim oğlu Əşrəfzadə Elvin Ülfət oğlu …

Read More »

Diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələr verilib – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının aşağıdakı əməkdaşlarına diplomatik rütbələr verilib: İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi Abdullayeva Leyla Yaşar qızı Həbibzadə Elcan İbrahim oğlu Rəfiyev Yalçın İlqar oğlu.

Read More »

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda Holdinqin Baş icraçı direktoru Ruslan Əlixanovun cari ilin birinci yarımilində görülmüş işlər barədə hesabatı dinlənilib. Holdinqin idarəetməsinə verilmiş portfel şirkətlərin “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” və “AzerGold” QCS-lərin diaqnostikasının nəticələri və digər cari …

Read More »

Prezident XXIV Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev XXIV Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. Boyukmillet.com xəbər veri ki, müraciətdə deyilir:“Hörmətli sammit iştirakçıları! Sizi səmimi qəlbdən salamlayır və “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə gerçəkləşdirilən növbəti Avrasiya İqtisadi Zirvə Toplantısının öz işinə başlaması münasibətilə təbrik edirəm. Avrasiya iqtisadi zirvə toplantıları uzun illərdir uğurla sülh və dialoqu təşviq edir, qloballaşma dövründə yeni …

Read More »

İlham Əliyev: “Qələbəmiz və hazırkı proseslər Azərbaycan-Türkiyə qardaşlığının, sarsılmaz birliyinin nailiyyətləridir”

“Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi reallığı köklü surətdə dəyişməklə əməkdaşlığa, sülhə, regional və qlobal miqyasda dayanıqlı təhlükəsizlik sisteminin yaradılmasına istiqamətlənmiş strateji kurs həyata keçirir”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev XXIV Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına ünvanladığı müraciətində deyib. “İnsanlıq əleyhinə törədilmiş cinayətlərə, işğala son qoyan və regionda böyük inkişafa yol açan bu prosesdə qardaş Türkiyə bizə hər …

Read More »

Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan baş prokurorları bəyannamə imzaladı

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Baş Prokurorluğu, Avropa Şurası və Beynəlxalq Prokurorlar Assosiyasiyasının birgə təşkilatçılığı ilə Avropa prokurorluq orqanları rəhbərlərinin konfransında iştirak məqsədilə Rusiya Federasiyasının Sankt- Peterburqa səfəri başlayıb. Konfransı açıq elan edən Rusiyanın Baş prokuroru İqor Krasnov Avropa İnsan hüquqları konvensiyasının tələbləri kontekstində fərdi hüquqların və ictimai maraqların müdafiəsində …

Read More »

Səfir: “Qarabağ qələbəsi Naxçıvanın strateji əhəmiyyətini daha da ön plana çıxarıb”

“İkinci Qarabağ müharibəsindəki tarixi qələbə “Türk qapısı” adlandırılan Naxçıvanın strateji əhəmiyyətini bir daha ön plana çıxarıb”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşü zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəl tərəfindən vaxtilə iki ölkə arasında təməli …

Read More »

Türkiyənin Azərbaycandakı səfiri Naxçıvana gedib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb. Boyukmillet.com-un xəbərinə görə, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrindən bəhs edən Ali Məclisin sədri ikitərəfli münasibətlərdə Naxçıvan Muxtar Respublikasının özünəməxsus yeri olduğunu, bir çox istiqamətdə əməkdaşlığın inkişaf etdiyini qeyd edib, Zəngəzur dəhlizinin açılmasının və Qars-Naxçıvan dəmir yolunun tikintisinin əhəmiyyətini vurğulayıb. Ali Məclisin sədri …

Read More »

Dövlət katibi: “Azərbaycan Slovakiya üçün Cənubi Qafqazda vacib tərəfdaşdır”

“Azərbaycan Slovakiya üçün Cənubi Qafqaz regionunda vacib tərəfdaş ölkədir. 2019-cu ilin sonlarında Slovakiyanın Bakıda səfirliyinin açılması ilə bunu təsdiq etmiş olduq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Slovakiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Martin Klus Azərbaycana səfərin yekunları haqqında danışarkən bildirib. “Ötən həftə Bakıya baş tutmuş rəsmi işgüzar səfərim zamanı Slovakiyanın siyasi dialoqun davam etdirilməsində və əsasən də iqtisadi-ticarət sahəsində …

Read More »

Bilal Haye: “Pakistan-Azərbaycan iqtisadi əməkdaşlığı arzuolunan səviyyədə deyil”

“Pakistanla Azərbaycan arasında diplomatiya, siyasət və müdafiə sahəsində çox gözəl münasibətlər var. Lakin iqtisadi sahədə əməkdaşlıq istədiyimiz səviyyədə deyil”. Boyukmillet.com xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının açılışında jurnalistlərə deyib. Səfir ümidvar olduğunu bildirib ki, yeni yaradılan İqtisadi Əməkdaşlıq Palatası iki ölkə arasında iqtisadi əməkdaşlıq sahəsində əlaqələrin inkişafı üçün platforma rolunu oynayacaq.

Read More »