Çərşənbə , 18 Sentyabr 2024

Xarici siyasət

Azərbaycan XİN Fransa və Kanadaya xəbərdarlıq edib

“Fransa və Kanada Xarici İşlər Nazirliklərinin rəsmi twitter səhifələrində Azərbaycan tərəfindən 3 erməni əsirinin azadlığa buraxılması müsbət addım kimi qiymətləndirilir və digər erməni əsirlərin də azad olunmasına dair çağırış edilir. Xatırlatmaq istərdik ki, bu, Azərbaycan tərəfindən edilən ilk humanist addım deyil, ölkəmiz hətta hərbi əməliyyatlar davam etdiyi zaman erməni əsirlərini qarşı tərəfə təhvil vermişdi”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici …

Read More »

Xarici işlər nazirinə yeni müavin təyin olundu – EKSKLÜZİV

Azərbaycan xarici işlər nazirinə yeni müavin təyin olunub. Boyukmillet.com xəbər veri ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Elnur Məmmədov xarici işlər nazirinin müavini təyin edilib. Qeyd edək ki, E.Məmmədov bu təyinatadək XİN-in Ümumi Katibliyinin rəisi vəzifəsində çalışıb. O, daha əvvəllər təhsil nazirinin müşaviri olub. Xatırladaq ki, Elnur Məmmədov 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Bakı şəhəri …

Read More »

Azərbaycan İspaniyaya yeni səfir təyin edib

Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Boyukmillet.com -un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, R.Həsənov 1961-ci ildə avqustun 20-də Gürcüstanın Marneuli şəhərində anadan olub. 1983-cü ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 1984-1990- cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb.1990-1992-ci illərdə Nazirlər Kabineti yanında Xarici İqtisadi …

Read More »

Azərbaycanla Pakistan arasında daha bir saziş təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu təsdiqləyib. Boyukmillet.com-un xəbərinə görə, saziş üç il müddətinə bağlanıb. Sənəddə qeyd edilib ki, tərəflərin müqaviləni ləğv etmək niyyəti barədə ən azı üç ay öncə diplomatik kanallar vasitəsilə yazılı bildiriş təqdim olunmadığı təqdirdə …

Read More »

Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə görüşüb

Aprelin 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb. XİN-dən verilən məlumata görə, C.Bayramov cari ilin 31 mart tarixində videokonfrans formatında təşkil olunan qeyri-formal Zirvə görüşünün uğurla keçirildiyini qeyd edib. Türk Şurasının yüksək səviyyəli toplantısının hər zaman olduğu kimi dostluq, qarşılıqlı anlaşma və dəstək çərçivəsində keçirildiyi vurğulanıb. B.Amreyev pandemiya səbəbindən Qazaxıstanın Türküstan şəhərində …

Read More »

XİN beynəlxalq ictimaiyyətə ərazilərin ermənilər tərəfindən minalanması ilə bağlı müraciət edib

Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü kimi qeyd olunur. Bununla əlaqədar olaraq, Azərbaycan işğaldan azad edilmiş ərazilərinin Ermənistan tərəfindən kütləvi minalanması və Ermənistan hökumətinin bölgənin təhlükəsizliyini təmin etmək üçün mina yerləri ilə bağlı məlumatı bölüşməkdən imtina etməsindən qaynaqlanan təhlükə ilə bağlı ciddi narahatlığını bir daha bəyan edir. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici …

Read More »

Ceyhun Bayramov Rusiyaya səfərə gedib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Rusiyanın paytaxtı Moskva şəhərinə yola düşüb. Bu barədə  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində C.Bayramovun həmçinin ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.

Read More »

Azərbaycan və Qazaxıstanın XİN başçıları görüşüb

Ötən gün Düşənbə şəhərində keçirilən “Asiyanın ürəyi – İstanbul prossesi” 9-cu Nazirlər Konfransı çərçivəsində Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasının Xarici işlər naziri Muxtar Tleuberdı ilə görüşüb. Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, görüş zamanı Ceyhun Bayramov ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək, bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğunu qeyd edib. İki ölkə …

Read More »

Azərbaycan və Türkiyə XİN başçılarının Tacikistanda görüşü olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Tacikistana səfəri çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşü olub. XİN-dən verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyət, eləcə də münaqişə sonrası yenidənqurma və bərpa prosesi çərçivəsində Azərbaycan tərəfindən görülən işlər barədə fikir mübadiləsi aparıblar. Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri müzakirə edib və aprelin 1-dən Azərbaycan və Türkiyə arasında qarşılıqlı vizadan azadetmə …

Read More »

Ceyhun Bayramov Tacikistana gedib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tacikistana səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. C.Bayramovun “Asiyanın Ürəyi – İstanbul Prosesi” 9-cu Nazirlər Konfransında iştirak etməsi, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub. Qeyd edək ki, “Asiyanın Ürəyi – İstanbul Prosesi” adlı regional platforma 2011-ci ildə Əfqanıstan və Türkiyənin təşəbbüsü ilə yaradılıb. Bu format Əfqanıstanda və bütövlükdə …

Read More »