İqtisadiyyat naziri Mikayıl Cabbarov Çexiyanın xarici işlər naziri Yakub Kulhanekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib. Görüşdə Azərbaycanın Çexiya ilə əlaqələrə önəm verdiyi, ölkələrimiz arasında əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin, aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb. İqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi üçün potensialı diqqətə çatdıran M.Cabbarov Azərbaycan və Çexiya hökumətləri arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın bu baxımdan faydalı platforma …
Read More »Azərbaycan Prezidenti Çin liderinə məktub göndərib
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrik mətnində deyilir:“Hörmətli cənab Sədr, Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram. Bu gün Çin özünün hərtərəfli və dinamik inkişafı ilə dünyanın qabaqcıl ölkələri …
Read More »Azərbaycan və Çexiya hökuməti arasında Komissiyanın tərkibində dəyişiklik edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamda deyilir: “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni …
Read More »Çex Respublikasının XİN başçısı: “Azərbaycan ilə əməkdaşlığı yüksək qiymətləndiririk”
“2015-ci ildə qəbul edilmiş birgə bəyanata əsaslanan əməkdaşlığı yüksək qiymətləndiririk və bu münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik”. Boyukmillet.com xəbər verir ki, bunu Çex Respublikasının xarici işlər naziri Yakub Kulqanek Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov ilə görüşünün nəticələrinə əsasən bildirib. O deyib ki, pandemiyanın səbəb olduğu fasilədən sonra əməkdaşlığı yenidən bərpa etməyimizdən çox şadam: ”Ölkələrimiz arasında ticarət münasibətlərinin inkişaf etdirilməsi zəruridir”. Nazir həmçinin Çex Respublikasının …
Read More »Prezident İlham Əliyev Çex Respublikasının xarici işlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Çex Respublikasının xarici işlər naziri Yakub Kulhaneki qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.
Read More »Prezident İlham Əliyev “France 24” televiziyasına müsahibə verib
Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “France 24” televiziya kanalına müsahibə verib. Boyukmillet.com xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Read More »Kolumbiya və Peru Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib
Azərbaycanda Vətən müharibəsi şəhidlərinin Anım Gününün qeyd olunması şərəfinə Kolumbiyanın paytaxtı Boqota şəhərinin simvolu olan məşhur “Colpatria” binası üçrəngli bayrağımızın rənglərinə bürünüb. Bu barədə Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən məlumat verilib. Eyni zamanda binanın üzərində “27 sentyabr – Azərbaycan qəhrəmanlarını yad edir” sözləri işıqlandırılıb. Qeyd edilir ki, Peruda paytaxt Lima şəhərinin mərkəzi küçələrində yerləşən böyük ölçülü lövhələrdə də Azərbaycan bayrağı və “27 …
Read More »ABŞ-ın Azərbaycandakı səfiri Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib
ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger İkinci Qarabağ müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiriyin Twitter səhifəsində məlumat yayılıb. “Ötən il və illər ərzində Qarabağ münaqişəsində ölən və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk”, diplomatik nümayəndəlikdən bildirilib.
Read More »Mövlud Çavuşoğlu: “Azərbaycanlı qəhrəmanlarımızı rəhmətlə yad edirəm”
“Bu gün Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün başlatdığı Vətən müharibəsinin birinci ildönümüdür”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Bununla əlaqədar olaraq, başda azərbaycanlı qəhrəmanlarımız olmaqla, vətənlərimizin ərazi bütövlüyü, təhlükəsizliyi və müstəqilliyi uğrunda canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”, – nazir bildirib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar