Fələstinin baş naziri Məhəmməd İbrahim Ştayyeh Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə videokonfrans formatında görüşərək, Yaxın Şərqdə sülh və təhlükəsizlik nəsələlərini müzakirə edəcək. Bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov xəbər verib. Qeyd edilir ki, görüş yaxın günlərdə baş tutacaq. Mərkəzin həmsədrləri – Latviyanın sabiq prezidenti xanım Vaira Vike-Freiberga və Dünya Bankının sabiq vitse-prezidenti Dr.İsmail Serageldin, o cümlədən …
Read More »Leyla Abdullayeva: “Ermənistan üçtərəfli bəyanatın mahiyyətini tam anlamayıb”
“Ermənistan üçtərəfli bəyanatın mahiyyətini tam anlamadığını sübut edir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici işlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva özünün tviter səhifəsində yazıb. Paylaşımda deyilir: “Üçtərəfli bəyanatın müddəlarını absurd şəkildə şərh etmək cəhdləri Ermənistan tərəfinin 2020-ci il noyabrın 10-da özünün imzalamış olduğu sənədin mahiyyətini tam anlamadığını və ya əvvəlcədən onun tələblərini tam şəkildə icra etmək niyyətində olmadığını sübut …
Read More »Azərbaycan XİN beynəlxalq ictimaiyyətə xəbərdarlıq edib
“Üçtərəfli bəyanatın əsas müddəalarını cəfəng şəkildə şərh etmək cəhdləri, erməni tərəfinin bu ölkə tərəfindən 10 noyabr 2020-ci ildə imzalanan sənədin mahiyyətini tam dərk etmədiyi və ya əvvəldən onun tələblərinə tam riayət etmək niyyətində olmadığını göstərir. Belə bir davranış bu ölkənin destruktiv mövqeyinin növbəti bariz nümunəsidir”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.“Beynəlxalq ictimaiyyət erməni tərəfinin beynəlxalq hüququn fundamental …
Read More »XİN: “10 noyabr bəyanatı heç bir şəkildə erməni hərbi qulluqçularının Azərbaycan ərazisində yerləşdirilməsini nəzərdə tutmur”
“Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı pozmaqda ittiham edən 11 avqust 2021-ci il tarixli bəyanatı Ermənistan Respublikasının üçtərəfli sənədin müddəalarına tam riayət etmək öhdəliklərindən boyun qaçırmağa yönəlmiş növbəti uğursuz cəhdidir”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib. “Ermənistan Xarici İşlər Nazirliyinin diqqətinə çatdırırıq ki, üçtərəfli bəyanatın 1-ci maddəsində “tam atəşkəsin və …
Read More »Prezident İlham Əliyev görkəmli qazax şairi və ictimai xadim Oljas Süleymenovu qəbul edib
Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli qazax şairi və ictimai xadim Oljas Süleymenovu qəbul edib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev Oljas Süleymenovu ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirib və qeyd edib ki, onu Azərbaycanda xalqımızın böyük dostu kimi tanıyır, həm qardaş Qazaxıstan mədəniyyətinin görkəmli nümayəndəsi, həm də bütün məsələlər üzrə öz prinsipial mövqeyini hər zaman söyləmiş ictimai xadim kimi …
Read More »Azərbaycan XİN Rusiyaya başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyada “Mİ-8” helikopterinin qəzaya uğraması ilə bağlı bu ölkəyə başsağlığı verib. Boyukmillet.com-un xəbərinə görə, başsağlığı mətni nazirliyin tviter səhifəsində yayılıb. “Kamçatkanın Kuril adaları bölgəsində “Mİ-8” helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına və Rusiya xalqına dərin hüznlə başsağlığı veririk”, – başsağlığında bildirilib.
Read More »Türkiyə səfiri: “Azərbaycan kədərli günümüzdə yanımızda oldu”
“Türkiyədə yanğınlar 14 gündür davam edir. On dörd gündür Azərbaycanın hər cür dəstəyini görürük. İlk dəqiqədən etibarən dəstəyini hiss etdirən cənab prezident İlham Əliyevə təşəkkür edirəm”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib. O, qeyd edib ki, Azərbaycan bir neçə gündür davam edən meşə yanğınlarına qarşı mübarizədə Türkiyəyə böyük dəstək verib. “Azərbaycan 31 iyul 2021-ci il tarixində başlayan …
Read More »“Ən böyük yardımı Azərbaycandan aldıq” – Türkiyəli nazir
Meşə yanğınları ilə mücadiləmiz davam edir. Bizə yardım edən bütün dostlarımıza minnətdarıq. Ən böyük yardımı qardaşımız Azərbaycandan aldıq. Yanğınla mübarizədə verilən dəstəyə görə bütün azərbaycanlı qardaşlarımıza çox-çox təşəkkür edirik. Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli deyib. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsini xatırladan nazir Azərbaycanın yanğınla mücadiləyə verdiyi dəstəyi, …
Read More »Türkiyəli nazir: “Azərbaycanı yanımızda görmək bizə çox böyük motivasiya verdi”
“Bildiyiniz kimi günlərdir ölkə tariximizdə ən böyük yanğınlardan biri ilə qarşı-qarşıya qalmışıq. Bu çətin günlərimizdə qardaş Azərbaycanı yanımızda görmək bizə çox böyük motivasiya verdi”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və Texnalogiya naziri Adil Karaismailoğlu Muğlada “Böhran mərkəzi”ndə keçirilən iclasdan sonra azərbaycanlı jurnalistlərə verdiyi açıqlamasında deyib. Qeyd edək ki, Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan …
Read More »Ceyhun Bayramov UNICEF-in Azərbaycandakı yeni nümayəndəsi ilə görüşüb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Uşaq Fondunun (UNICEF)Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri Aleks Haykensi qəbul edib. XİN-dən verilən məlumata görə, Aleks Haykens təyinatı ilə bağlı məktubun surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir Ceyhun Bayramov təyinatı münasibətilə Nümayəndəliyin yeni rəhbərini təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir, Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən UNICEF ilə qarşılıqlı faydalı əməkdaşlıq …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar