İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Boyukmillet.com-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Read More »Energetika naziri Türkiyənin Azəraycandakı yeni səfirini qəbul edib
Energetika naziri Pərviz Şahbazov Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahit Bağcını qəbul edib. Bu barədə Nazirlikdən məlumat verilib. Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək, fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və Türkiyə arasında mövcud olan yüksək səviyyəli sıx dostluq və strateji tərəfdaşlıq münasibətlərindən bəhs edərək, bu istiqamətdə əlaqələrin daha da inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib. Türkiyənin 44 …
Read More »Vilayət Quliyev səfir vəzifəsindən geri çağırılıb
Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Boyukmillet.com-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Read More »Tahir Tağızadə Londondan Budapeştə göndərildi – YENİLƏNİB
Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Boyukmillet.com -un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.14:55 Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Respublikasında, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Boyukmillet.com-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı …
Read More »Prezident İlham Əliyev Çin liderinə başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə məktub ünvanlayıb. Boyukmillet.com-un məlumatına görə, mətndə deyilir: “Hörmətli cənab Sədr, Henan əyalətində baş vermiş güclü daşqın nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə …
Read More »Türkiyənin hakim partiyasının nümayəndə heyəti Azərbaycana səfər edəcək
“İyulun 25-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndə heyəti Azərbaycana səfər edəcək”. Boyukmillet.com-un xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib. Onun sözlərinə görə, nümayəndə heyətinin üzvlərinin Bakıda rəsmi şəxslərlə görüşü nəzərdə tutulur: “İyulun 28-də isə Gəncə şəhərində birgə konfrans keçiriləcək. Konfransda Şuşa Bəyannaməsindən irəli gələn məsələlər müzakirə olunacaq”.
Read More »“Zəngəzur dəhlizi”nin açılması Ermənistana hava-su kimi lazımdır” – RƏY
“Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüş olduqca məhsuldar keçdi. Görüşdə ikitərəfli münasibətlərin, regional məsələlərin geniş aspektdə fikir mübadiləsi aparıldı”. Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov deyib. Onun sözlərinə görə, görüşdə iki ölkənin iqtisadi əlaqələrinin bu günü və perspektivləri, pandemiya ilə mübarizə və əməkdaşlıq məsələləri …
Read More »“Zəngəzur dəhlizi” məsələsində Rusiya ilə mövqeyimiz üst-üstə düşür” – RƏY
“Üçtərəfli sazişdən irəli gələn məram ondan ibarətdir ki, “Zəngəzur dəhlizi” mütləq şəkildə işə düşməlidir. Azərbaycan bu məsələdə üzərinə düşən bütün öhdəlikləri yerinə etirir. Mən özüm də o bölgədə olmuşam, tikinti işləri gedir. Prezident İlham Əliyevin kommunikasiya xətləri ilə bağlı yanaşması ondan ibarətdir ki, onlar birmənalı olaraq işlək vəziyyətdə olmalıdırlar”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında politoloq Tofiq Abbasov deyib. …
Read More »Ali Radanın Komitə sədri: “Ukrayna, Azərbaycan və Türkiyənin müdafiə sahəsində əməkdaşlığı aktuallaşacaq”
“NATO kursu bizdə Konstitusiyada təsbit edilib. Ukraynanın NATO-ya nə zaman daxil olacağı hələlik məlum deyil, amma düşünürəm ki, söhbət onilliklərdən deyil, illərdən gedir”. Bu fikirləri “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlament) Dövlət təhlükəsizliyi və müdafiə komitəsinin sədri İrina Vereşuk bildirib. Onun sözlərinə görə, Rusiyanın müdaxilələrinə baxmayaraq, dünya dəyişir: “Təəssüf ki, Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin etmək üçün NATO üzvlüyündən başqa alternativi …
Read More »Türkiyənin Baş prokuroru azərbaycanlı həmkarına zəng edib
İyulun 20-də Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahin Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə zəng edərək azərbaycanlı həmkarını və prokurorluğun kollektivini müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, Baş prokuror Kamran Əliyev təşəkkürünü bildirməklə həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramı münasibətilə Türkiyəli həmkarını və prokurorluğun kollektivini təbrik edib. Telefon danışığı zamanı hər iki Dövlət …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar