Azərbaycan Xarici İşlər Nazirliyi Almaniya və Belçikada təbii fəlakət nəticəsində baş verən insan tələfatı ilə bağlı başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin “Twitter” səhifəsində qeyd olunub. “Qərbi Avropada havaların kəskinləşməsi nəticəsində üz verən dağıntılar bizi narahat edir. Almaniya və Belçikadakı daşqın qurbanlarının yaxınlarına başsağlığı veririk. Bu leysan yağışlarının dağıdıcı fəsadlarına qarşı mübarizədə Almaniyanın və Belçikanın yanındayıq”, – …
Read More »Azərbaycan Özbəkistana 50 min doza peyvənd göndərib
Azərbaycan Respublikası Özbəkistan Respublikasına 50 min doza yeni növ koronavirus infeksiyasına qarşı peyvənd göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə YUNİSEF-ın Özbəkistan nümayəndəliyi məlumat yayıb. Bildirilib ki, peyvəndlər Azərbaycanın Özbəkistandakı səfirliyinin vasitəçiliyilə Daşkəndə çatdırılıb. Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə Azərbaycan Qırğızıstana da humanitar yardım çərçivəsində 40 min doza “AstraZeneca” peyvəndi göndərəcək.
Read More »Ceyhun Bayramov Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümüylə bağlı paylaşım edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdin ildönümüylə bağlı paylaşım edib. Boyukmillet.com paylaşımı təqdim edir: “Qardaş Türkiyədə sarsılmaz birliyin və güclü dayanışma ruhunun rəmzi olan 15 Temmuz! Vətən, millət, birlik uğrunda canından keçmiş bütün şəhidlərə Allahdan rəhmət, qazilərə cansağlığı arzulayırıq. Şəhidlər ölməz, Vətən bölünməz!
Read More »XİN Ermənistan Baş nazirinin müavininə cavab verib
“Biz destruktivlik deyil, konstruktivlik tərəfdarıyıq”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın “Qarabağın statusu məsələsi həll olunmayanadək sülh müqaviləsi olmayacaq” bəyanatını şərh edərkən bidirib. “Görünür, T.Avinyan unudub ki, artıq seçkilər geridə qalıb; indi populizm deyil, real işlərlə məşğul olmağın zamanıdır. Ümumiyyətlə, Ermənistan rəsmilərinin bölgədə yaranan yeni …
Read More »Azərbaycanın Rusiyadakı səfiliyi vətəndaşları hüquqi statuslarını qanuniləşdirməyə çağırdı
Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkədəki vətəndaşlarımıza müraciət edib. Səfirliyin mətbuat xidmətindən “Report”un Moskva müxbirinə verilən məlumata görə, müraciətdə deyilir: “Azərbaycan Respublikasının vətəndaşlarının Rusiya Federasiyası ərazisində hüquqi vəziyyətinin tənzimlənməsi məsələsi ilə əlaqədar aşağıdakıları bildiririk. Məlum olduğu kimi, Rusiya Federasiyası Prezidentinin 15 iyun 2021-ci il tarixli 364 nömrəli Fərmanına əsasən, xarici vətəndaşların Rusiya Federasiyasında müvəqqəti qalma müddəti 2021-ci ilin 30 sentyabr tarixinədək uzadılıb. …
Read More »Azərbaycan Qoşulmama Hərəkatına daha bir il müddətinə sədrlik edəcək
Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycan, Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra Qoşulmama Hərəkatına üzv dövlətlərinin Hərəkata əlavə 1 il sədrlik etmək müraciətini müsbət cavablandırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Qoşulmama Hərəkatının aralıq dövr Nazirlər Konfransı ilə bağlı yaydığı məlumatda bildirilib. Qeyd edək …
Read More »Baş nazir Tbilisi şəhərinin meri ilə görüşüb
İyulun 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərinin meri Kaxaber Kaladzeni qəbul edib. Boyukmillet.com xəbər verir ki, görüş zamanı Baş nazir Ə.Əsədov bu səfərin Azərbaycan-Gürcüstan, Bakı-Tbilisi əlaqələrinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Söhbətin gedişində iqtisadi və humanitar əlaqələrə dair fikir mübadiləsi aparılıb.
Read More »“Qoşulmama Hərəkatı daim Azərbaycana öz dəstəyini birmənalı şəkildə ifadə edib” – RƏY
Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransı keçirilib. Tədbir çərçivəsində iyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub. Dövlət başçısı Qoşulmama Hərəkatının Azərbaycana dəstəyindən danışıb. Prezident bildirib ki, 2020-ci ilin iyulunda Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı kommünike qəbul edib. Bundan əlavə, Vətən müharibəsi zamanı – 2020-ci ilin oktyabrında nazirlər səviyyəsində …
Read More »XİN: “Ermənistanın ardıcıl şəkildə Azərbaycan mövqelərini atəşə tutaraq, bölgədəki kövrək sülhü pozmaq cəhdlərini qətiyyətlə qınayırıq”
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində Azərbaycan Ordusu mövqelərini atəşə tutması ilə bağlı məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 14 iyul 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini …
Read More »Azərbaycan XİN Ermənistanın Şuşaya səfər edən səfirlərin ölkələrinə nota verməsinə cavab verib
“Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazisinə edilən hər hansı səfər Ermənistan tərəfindən nəinki etiraz, heç şərh belə oluna bilməz”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistanın XİN-in iyulun 9-da Azərbaycanda akkreditə olunan ölkələrin səfirlərinin Şuşa şəhərinə səfəri ilə bağlı Ermənistandakı xarici ölkələrin diplomatik nümayəndəliklərinə nota təqdim etməsinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, Ermənistan …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar