Bazar ertəsi , 20 May 2024

Xarici siyasət

Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı dayandırıb

Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib. Boyukmillet.com bəyanatı təqdim edir. “Azərbaycan Respublikası qürurlu, müstəqil, suveren, demokratik və multikultural bir dövlətdir. Demokratiya bizim şüurlu seçimimizdir və biz 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanda insan hüquqlarının müdafiəsi və qanunun aliliyinin təmin edilməsi istiqamətində böyük irəliləyişlərə nail olmuşuq. Avropa Şurası Parlament Assambleyasının …

Read More »

Azərbaycan və İraq ikitərəfli əlaqələrin gücləndirilməsini müzakirə ediblər

Azərbaycan və İraq iqtisadi və ticarət əməkdaşlığının gücləndirilməsi məsələlərini müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov “X” sosial şəbəkəsindəki səhifəsində yazıb. “İraqın ticarət naziri Atir Əl-Qurayr (Atheer Al-Ghurairi) ilə görüşməkdən şadam. Görüş zamanı Azərbaycan və İraq arasında iqtisadi və ticarət əməkdaşlığı, daha da gücləndirilməsi yolları barədə məhsuldar müzakirələr apardıq”, – paylaşımda qeyd edilib.

Read More »

Səfirlik Almaniyada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib

Azərbaycan səfirliyi fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Almaniyadakı vətəndaşlarımıza müraciət edib. Boyukmillet.com-un məlumatına görə, müraciətdə bildirib ki, Almaniyada daimi və müvəqqəti yaşayan, eləcə də uzunmüddətli ezamiyyətdə olan 18 yașı tamam olmuş Azərbaycan vətəndaşları Berlin şəhəri Klingelhöferstraße 20, 10785 ünvanında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə 42 saylı məntəqədə səs verə bilərlər. Qeyd …

Read More »

Ararat Mirzoyan mina xəritələrinin Ermənistanda olduğunu etiraf edib

Ermənistan minalı ərazilərin yeni xəritəsini Azərbaycana verə bilər. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında deyib. O bildirib ki, Qarabağda minalı ərazilərlə bağlı yeni məlumatların əldə edilməsi istiqamətində iş aparılır. XİN başçısı həmçinin söyləyib ki, Ermənistan-Azərbaycan delimitasiya komissiyalarının növbəti görüşü barədə razılıq əldə olunub. O xatırladıb ki, keçən ilin iyul və noyabr aylarında Azərbaycan …

Read More »

MDB ölkələrinin XİN başçıları apreldə toplaşacaq

MDB Xarici İşlər Nazirləri (XİN) Şurasının aprel iclasının ilkin gündəliyinə 10 məsələ, o cümlədən xarici siyasətdə qarşılıqlı fəaliyyət proqramı daxildir. Boyukmillet.com  Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu MDB-nin Baş katibi Sergey Lebedev Minskdə jurnalistlərə deyib. Onun sözlərinə görə, XİN başçıları Birlik ölkələrinin diplomatik qurumları arasında, xüsusən də beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin vəziyyətini müzakirə edəcəklər: “Gündəlikdə xarici siyasətdə qarşılıqlı fəaliyyətin …

Read More »

İlham Əliyev Rusiya Hökuməti sədrinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlıqla bağlı nəticələr baxımından 2023-cü ilin uğurlu olduğu bildirildi. Ötən ilin dekabrında Sankt-Peterburqda MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin təmasları məmnunluqla xatırlandı. …

Read More »

İcma: “Aİ-ni Azərbaycana qarşı ədalətsiz və ittihamedici ritorikadan çəkinməyə çağırırıq”

Qərbi Azərbaycan İcması bir daha Aİ tərəfinə Azərbaycana qarşı ədalətsiz və ittihamedici ritorikadan imtina etməyə çağırış edir. Boyukmillet.com-un xəbərinə görə, bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub. Bildirilib ki, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borelin Azərbaycana qarşı böhtan dolu açıqlamaları davam edir: “Bu açıqlamalar ilə Avropa İttifaqı Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesində bitərəf …

Read More »

XİN: Azərbaycanın təcavüzə son qoyduğu tədbirlər Ermənistanla sülh sazişinə zəmin yaradır

Azərbaycanın təcavüzə və separatizmə son qoyduğu tədbirlər Ermənistanla sülh sazişinin bağlanmasına zəmin yaradır. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib. “Beynəlxalq ictimaiyyətin Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə inandırmaq üçün heç bir səy göstərməməsinə baxmayaraq, Azərbaycan hər zaman Ermənistanla danışıqlara, sülhə və sabitliyə sadiq olub”, – A.Hacızadə vurğulayıb. …

Read More »

ABŞ-də 20 Yanvar faciəsinin qurbanları anılıb

ABŞ-nin paytaxtı Vaşinqton şəhərində 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb. “Report”un yerli bürosu xəbər verir ki, ölkəmizin ABŞ-dəki Səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan icmasının üzvləri, o cümlədən burada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim bildirib ki, 20 Yanvar …

Read More »

XİN: Borelin Azərbaycana qarşı əsassız iddialarını qətiyyətlə rədd edirik

22 yanvar 2024-cü il tarixində Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Cozep Borelin Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd edirik. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib. “Aİ-nin ali nümayəndəsi tərəfindən faktların açıq-aşkar təhrif edilməsi Azərbaycanın …

Read More »