ABŞ Dövlət Departamenti amerikalı diplomatlara onlayn platformalarda mərc edərkən xüsusi və məxfi məlumatlardan istifadə etməmələri barədə xəbərdarlıq edib. Boyukmillet.com-un “The Wall Street Journal”a istinadən verdiyi məlumata görə, müvafiq xəbərdarlıq ABŞ Dövlət Departamentinin əməkdaşlarına daxili memorandum şəklində göndərilib. Sənəddə qeyd olunub ki, mediada yayılan məlumatlar ABŞ rəsmiləri tərəfindən “Kalshi” və “Polymarket” də daxil olmaqla proqnoz bazarı platformalarına mərc etmək üçün qeyri-dövlət …
Read More »Azərbaycanla Türkiyə hərbçiləri kütləvi qırğın silahlarından mühafizə ilə bağlı müzakirələr aparıb
Bakıda Azərbaycan ilə Türkiyə arasında kütləvi qırğın silahlarından mühafizə sahəsi üzrə qabiliyyətlərin inkişaf etdirilməsi və bu sahədə dünyada cərəyan edən hadisələrin təqib edilməsi məqsədilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, general-leytenant Azər Əliyev Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluğa əsaslanan əlaqələrin hərbi sahədə də sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsində …
Read More »Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək. Boyukmillet.com xəbər verir ki, bu ölkəyə 7 vaqon taxıl və gübrə tədarük olunacaq. Qatar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək. Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək. Xatırladaq ki, sonuncu dəfə aprelin 24-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 350 ton …
Read More »Azərbaycanın axtardığı şəxslər bu ölkələrdə tutuldu
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşları saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, Suraxanı RPİ tərəfindən axtarışda olan Əlağa İsmayılovun Ukraynada, Sumqayıt ŞPİ tərəfindən axtarışda olan Elmir Nuriyevin isə Almaniya Federasiyasında, dələduzluq maddəsi ilə başlanmış cinayət işləri üzrə Binəqədi RPİ tərəfindən axtarışda olan Muraz Qurbanovun Birləşmiş Ərəb Əmirliklərində müəyyən edilərək İnterpol kanalları vasitəsilə saxlanılıblar. DİN-in …
Read More »İlham Əliyev Azərbaycanla Belarus arasında sürücülük vəsiqələrinin tanınması haqda sazişi təsdiq edib
Prezident İlham Əliyev Azərbaycanla Belarus arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması haqqında sazişi təsdiq edib. Boyukmillet.com xəbər verir ki, saziş iki hökumət arasında 2026-cı il yanvarın 16-da imzalanıb.
Read More »Ermənistan Azərbaycanla sərhəddə silahsız xidmətə keçir – Paşinyan AÇIQLADI
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə mövcud vəziyyətlə bağlı mühüm açıqlama verib. Boyukmillet.com xəbər verir ki, Paşinyan artıq delimitasiya olunmuş 12 kilometrlik hissədə sərhədçilərin gücləndirilmiş silahlanma olmadan xidmət apardığını bildirib. Onun sözlərinə görə, bu addım sərhəddə gərginliyin azalmasına yönəlib və delimitasiya prosesi “məntiqi müddətdə” sona çatdırılacaq. Baş nazir həmçinin qeyd edib ki, hökumətin prioritet istiqamətlərindən biri də Ermənistanın Gürcüstan …
Read More »Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb
Ukrayna Prezidenti Volodimir Zelenski səfər çərçivəsində Azərbaycanla 6 sənəd imzalandığını deyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Volodimir Zelenski Azərbaycan və Ukrayna prezidentlərinin mətbuata bəyanatı zamanı qeyd edib. O bildirib ki, heyətləri bu sənədlərlə bağlı birmənalı olaraq fikir mübadiləsi aparacaq: “Bu gün sahələrə gəldikdə, bir nömrəli sahə təhlükəsizlikdir. Müdafiə sənayesi sahəsində artıma gəldikdə, Ukrayna müharibə şəraitindən irəli gələrək öz müqavimət …
Read More »Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib
Baş nazir Əli Əsədov fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Ə.Əsədov iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkür edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsi təqdir edilib, müxtəlif …
Read More »ABŞ və Azərbaycan Zəngəzur dəhlizi üzrə hərəkətə keçdi
ABŞ və Azərbaycan yeni strateji tərəfdaşlıq çərçivəsində infrastruktur layihələrinin texniki işlənməsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Euronews məlumat yayıb.l Məlumata görə, söhbət Ermənistan ərazisindən keçən təxminən 42 kilometrlik dəmir yolu və avtomobil marşrutundan gedir. Bu xətt Orta Dəhlizin bir hissəsi kimi Mərkəzi Asiyanı Avropa ilə birləşdirməyi hədəfləyir. Vaşinqtonda hesab edirlər ki, Zəngəzur dəhlizi layihəsi Azərbaycanın tranzit mərkəzi kimi …
Read More »Azərbaycan-Latviya sənədləri mübadilə edildi
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycanla Latviya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı”nı qəbul etdilər. “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar