Bazar ertəsi , 20 May 2024

Xarici siyasət

Türkiyənin NATO-dan gözləntiləri nədir? – Ərdoğandan AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Niderlandın Baş naziri Mark Rutte ilə telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, tərəflər danışıq zamanı ölkələr arasındakı ikitərəfli əlaqələr, eləcə də NATO-nun yeni Baş katibinin müəyyənləşdirilməsi prosesi barədə fikir mübadiləsi aparıblar. Ərdoğan NATO-nun Baş katibliyinə namizəd Rutteyə Türkiyənin alyansın yeni rəhbərindən gözləntilərini çatdırıb. Onun sözlərinə görə, yeni Baş katib terrorizm və digər çağırışlarla mübarizədə …

Read More »

Türkiyənin müdafiə sənayesi komitəsinin sədri Azərbaycana səfər edəcək

Türkiyənin müdafiə sənayesi komitəsinin sədri Haluk Görgün Azərbaycana səfər edəcək. Bu barədə  Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. Qeyd olunub ki, səfər 1-2 aprel tarixlərində baş tutacaq. Səfər çərçivəsində Haluk Görgünün Azərbaycanın müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Vüqar Mustafayev və müdafiə nazirinin müavini Aqil Qurbanov ilə görüşməsi nəzərdə tutulub.

Read More »

XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü il bağlı bəyanat yayıb

Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü il bağlı bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü radikal erməni qruplaşmalarının irqi ayrı-seçkilik və dözümsüzlüyünün qurbanı olmuş, sistematik etnik təmizləmə və soyqırımına məruz qalmış günahsız həmvətənlərimizin xatirəsinin yad edildiyi gündür. Tarix boyu azərbaycanlıların doğma torpaqlarından etnik təmizlənməsinin həyata keçirilməsi istiqamətində mövcud bütün üsullardan istifadə …

Read More »

TDT Mart soyqırımı ilə əlaqədar paylaşım edib

Türk Dövlətləri Təşkilatı 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü bağlı sosial şəbəkədə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, TDT-nin soyqırımının 106-cı ildönümü ilə əlaqədar paylaşdığı mətndə qeyd olunub: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə azərbaycanlı qardaşlarımızla birlikdə bu faciəli hadisələrdə həyatını itirmiş bütün şəhidlərin xatirəsini dərin ehtiram və rəhmətlə yad edirik”.

Read More »

İran səfirinin Azərbaycanda diplomatik missiyası BAŞA ÇATDI

İranın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb.Bu barədə İran Xarici İşlər Nazirliyindəki məlumatlı mənbə IRNA-ya bildirib.Mənbənin verdiyi məlumata görə, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvinin diplomatik missiyası başa çatıb.Bildirilib ki, mövcud razılaşmalar çərçivəsində İranın yeni səfiri Azərbaycana göndəriləcək. Mənbə eyni zamanda, onu da bildirib ki, əldə olunmuş razılaşmaya əsasən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyi tezliklə yenidən …

Read More »

Azərbaycanın İrandakı səfirliyi yenidən fəaliyyətə başlayacaq

“Tehran və Bakı arasında əlaqələrdə müsbət yöndə razılaşmalar əldə olunub və Azərbaycan Respublikasının Tehrandakı səfirliyi tezliklə fəaliyyətə başlayacaq”. Boyukmillet.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyindəki məlumatlı mənbə IRNA agentliyinə müsahibəsində bildirib. “Daha böyük əməkdaşlıq istiqamətində müsbət yöndə razılaşmalar əldə olunub. Azərbaycan Respublikasının Tehrandakı səfirliyi tezliklə öz fəaliyyətini bərpa edəcək. Gündəlikdə həmçinin iki ölkə rəsmiləri arasında diplomatik və rəsmi …

Read More »

Bu ilin mayında Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Boyukmillet.com xəbər verir ki, tədbir mayın 1-3-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatı ilə birgə təşkil olunacaq. Forumun plenar iclaslarında və panel müzakirələrində onun iştirakçıları nifrətə qarşı çıxmaq, birgəyaşayış və …

Read More »

Ermənistan parlamentinin spikeri: Rusiya bizi dəfələrlə aldadıb

Rusiya Ermənistanı dəfələrlə aldadıb. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. “Rusiya Ermənistanı “ən çətin dövrdə” tək qoyub. Bu bir faktdır. Bizim bir dostumuz, necə deyərlər, bir müttəfiqimiz var idi, böyük qardaşımız vardı, vaxtı gələndə bizi qoruyurdu, heç olmasa, hər şey onun bilgisi ilə baş verib deməsə də, bizi tək qoyub. Bizi dəfələrlə aldatdılar, sonra isə …

Read More »

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

BMT Baş katibi Antoniu Quterreş azərbaycanlı diplomat Rəsul Bağırovu təşkilatın Belarusdakı rezident əlaqələndiricisi vəzifəsinə təyin edib. Bu barədə “Report”un yerli bürosuna açıqlamasında BMT Baş katibinin sözçüsü Stefan Dujarrik deyib. Sözçü bildirib ki, Belarus hökumətinin razılığı alınıb və R.Bağırov martın 30-da yeni vəzifəsinin icrasına başlayacaq. Qeyd edək ki, diplomat əvvəllər Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatında Baş direktorun ofisində ölkə strategiyası və dəstək bölməsinin …

Read More »

“Şuşa İƏT Gənclər Paytaxtı – 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb

Martın 28-də Azərbaycan Gənclər və İdman Nazirliyi ilə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu arasında “Şuşa İƏT Gənclər Paytaxtı – 2024” Beynəlxalq Proqramının keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb. Boyukmillet.com  xəbər verir ki, sənədi gənclər və idman naziri Fərid Qayıbov və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan imzalayıblar. İmzalanma mərasimində gənclər və idman nazirinin müavini İndira Hacıyeva, nazirliyin Gənclərlə iş …

Read More »