Bazar ertəsi , 5 Oktyabr 2026

Xarici siyasət

Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bu gün bağlanış mərasimi baş tutacaq. Boyukmillet.com xəbər verir ki, mərasimi saat 15:00-da olacaq. Bununla əlaqədar olaraq, tədbir iştirakçılarının Nəqliyyat Mübadilə Mərkəzlərindən WUF13 tədbir məkanına daşınması saat 13:00-dək təmin ediləcək.

Read More »

WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 NGO Forum” keçirilib

2026-cı il mayın 19-da Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı və 116 ölkədən QHT-ləri birləşdirən “Global South NGO Platform”un (GSNP) tərəfdaşlığı ilə WUF tarixində ilk dəfə “WUF13 NGO Forum” keçirilib. Boyukmillet.com xəbər verir ki, “WUF13 NGO Forum”un açılış mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bəyan edib ki, bu Forum WUF üçün tarixi hadisədir. O, vətəndaş cəmiyyətinin şəhərsalma məsələlərində, qərar …

Read More »

Şuşa və Trabzon qardaşlaşdı

Türkiyənin Qaradəniz bölgəsində yerləşən Trabzon şəhəri ilə Azərbaycanın qədim şəhərlərindən olan Şuşa qardaşlaşıb. Boyukmillet.com xəbər verir ki, “qardaşlaşmış şəhər” statusuna dair protokol WUF13 çərçivəsində mayın 19-da imzalanıb. Protokolu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.

Read More »

Azərbaycan və Gürcüstan Birgə Kommünike İMZALADI

Azərbaycan və Gürcüstan hökumətləri arasında Birgə Kommünike imzalanıb. Boyukmillet.com bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, Gürcüstanın Baş nazir İrakli Kobaxidzenin WUF13-də iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində iki ölkə iqtisadiyyat, enerji və bağlantı sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş hərtərəfli sazişlər toplusunun imzalanması ilə strateji tərəfdaşlıqlarını bir daha təsdiqləyiblər. İmzalanma mərasimi ötən gün Bakıda Prezident İlham Əliyev və Gürcüstanın …

Read More »

Trabzon və Şuşa şəhərləri qardaşlaşacaq

Türkiyənin Trabzon şəhəri ilə Azərbaycanın simvol şəhəri sayılan Şuşa qardaşlaşacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç məlumat verib. O qeyd edib ki, bununla bağlı mayın 19-da iki şəhər arasında protokol imzalanacaq. Bundan başqa, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) qatılan Ahmet Metin Genç çıxışında yaşayış hüququ ilə iqlim böhranının bir-birindən …

Read More »

WUF13-də BMT və Azərbaycanın bayraqları qaldırılıb

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) təşkil olunduğu Bakı Olimpiya Stadionunda Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi bayrağının və Azərbaycan Respublikasının Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə BMT-nin və Azərbaycanın bayraqları qaldırılıb. Bayraq qaldırma mərasimi forumun rəsmi başlanğıcını simvolizə edir və tədbirin yüksək beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirib. Xatırladaq ki, WUF13 mayın 17-dən 22-dək davam …

Read More »

TDT liderlərinin Türküstanda kritik toplantısı

Mayın 15-də Qazaxıstanın Türkistan şəhərində Türk Dövlətləri Təşkilatının liderlərinin qeyri-rəsmi zirvə toplantısı olacaq. Zirvə görüşünə Qazaxıstan sədrlik edəcək, türk dünyası liderlərinin toplantısının əsas mövzusu “Süni intellekt və rəqəmsal inkişaf”dır. Zirvədə təşkilatın müşahidəçi ölkələrinin dövlət və hökumət başçıları da iştirak edəcək. Onlar sürətlə inkişaf edən rəqəmsal dövrdə əməkdaşlığın prioritet sahələrini müzakirə etməyi planlaşdırırlar. Qeyri-rəsmi zirvə türk dövlətləri arasında davamlı iqtisadi artımı …

Read More »

WUF13-lə bağlı Azərbaycana gələn əcnəbilər 30 günlük qeydiyyatdan azad edilib

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) vizası ilə və ya vizasız qaydada BMT-nin Məskunlaşma Proqramının qeydiyyatından keçərək Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda olduğu yer üzrə qeydiyyatdan keçmək tələbindən azaddırlar. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb. Belə ki, bu qayda 30 gün müddətini əhatə edir. Qeyd edək ki, WUF13 17-22 may tarixində Bakıda …

Read More »

BMT-nin Beynəlxalq Miqrasiya Forumunda 42 ölkə adından çıxış etmək hüququ Azərbaycana verilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında keçirilən ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumunda (Forum) 42 ölkəni birləşdirən “Çempion ölkələr” təşəbbüsü adından birgə bəyanatla çıxış etmək hüququ Azərbaycana həvalə edilib. Bu barədə  Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib. Bildirilib ki, BMT-yə üzv dövlətlərin miqrasiya məsələlərinə məsul yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə keçirilən iclasda bəyanatlar dinlənilib. Sessiya zamanı “Çempion ölkələr” təşəbbüsünə daxil …

Read More »