Bazar ertəsi , 20 May 2024

Xarici siyasət

Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq etdi

Ermənistan sürgündə olan heç bir “Dağlıq Qarabağ” “hökumətini” tanımır. Boyukmillet.com report-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib. Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdid edir.

Read More »

Serbiya NATO-dan təzminat TƏLƏB EDİR – MƏBLƏĞ

NATO tərəfindən Serbiyaya dəyən zərərə görə ən azı 500 milyard avro ödənilməlidir. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Daniça Qruiçiç məlumat verib. Onun sözlərinə görə, Alyans indi Serbiyaya bir milyon dollar və ya avro təklif edir, bəzən də 200 və ya 300 milyon ödəmək təklifləri olur. “NATO-nun 1999-cu ildə etdiklərinə görə bizə 500 milyard avro …

Read More »

Moldova nümayəndə heyəti Azərbaycanla bağlı AŞPA-ya məktub ünvanlayıb

Moldovanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyəti quruma məktub ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, Moldova nümayəndə heyətinin məktubunda AŞPA-nın 2024-cü ilin yanvar ayı tarixində keçirilmiş sessiyasında qəbul edilmiş qərardan sonra təşkilat və Azərbaycan arasında yaranmış uçurumun aradan qaldırılması üçün Avropa Şurası Parlament Assambleyasına və Azərbaycan Milli Məclisinə birlikdə çalışmaq üçün çağırış ünvanlanıb. Məktubda, digər üzv dövlətlər kimi, Azərbaycanın da AŞPA-dakı …

Read More »

Paşinyan: “Azərbaycandan yollar, boru kəmərləri, kabellər Ermənistan vasitəsilə Türkiyəyə getməlidir”

Cənubi Qafqazda möhkəm sülhün və sabitliyin bərqərar olmasına yardım Ermənistan Respublikasının prioritetidir və bu kontekstdə mən regionun infrastrukturlarının açılmasına əhəmiyyət verirəm, Ermənistanın baş naziri Nikol Paşinyan Yunanıstanın “Kathimerini” nəşrinə müsahibəsində bildirib, News.am məlumat yayıb. “Dünyanın kəsişməsi” layihəsi bir tərəfdən Ermənistan ərazisi vasitəsilə Qara dəniz, digər tərəfdən Fars və Oman körfəzləri arasında buraxılış qabiliyyətinin əhəmiyyətli dərəcədə artırılmasını, avtomobil yük daşımalarını, boru …

Read More »

Qərbi Azərbaycan İcması Aİ-nin xüsusi nümayəndəsini təhlükəli siyasətdən əl çəkməyə çağırıb

Qərbi Azərbaycan İcması Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın növbəti dəfə sərgilədiyi anti-Azərbaycan mövqeyini və media azadlığına qəsd edən yanaşmasını sərt şəkildə qınayır. Boyukmillet.com xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda qeyd edilib. Bildirilib ki, Avropa İttifaqının nümayəndəsi Ermənistandan işğal etdiyi Azərbaycan kəndlərindən çəkilməyi tələb etmək əvəzinə, həmin əraziləri “mübahisəli” adlandıraraq faktiki olaraq Ermənistanı işğalçı siyasətini davam …

Read More »

Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

Martın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Bu barədə  Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlətimizin başçısı “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı nəticəsində xeyli sayda insanın həlak olması ilə bağlı öz adından və Azərbaycan xalqı adından Vladimir Putinə, Rusiya xalqına, həlak olanların ailə üzvlərinə və yaxınlarına bir daha başsağlığı verib, …

Read More »

Rusiyanın Azərbaycandakı səfirliyində terror qurbanlarını anmaq üçün xatirə kitabı açılıb, bayraq yarıya endirilib

Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində “Crocus City Hall”dakı baş vermiş terror aktının qurbanlarının anılması üçün xatirə kitabı açılıb, bayraq yarıya endirilib. Boyukmillet.com-un məlumatına görə, sözügedən xatirə kitabı qurbanları anmaq istəyənlər səfirliyə yaxınlaşa bilərlər. Xatırladaq ki, ötən gecə Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da insanlara atəş açılıb. Baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb.

Read More »

XİN: “Krokus siti holl”da terrorda ölən və ya yaralanan Azərbaycan vətəndaşlarının olub-olmaması ilə bağlı araşdırma aparılır

Moskva vilayətində “Krokus siti holl” əyləncə mərkəzində baş vermiş terror aktında ölən və ya yaralanan Azərbaycan vətəndaşlarının olub-olmaması ilə bağlı araşdırma aparılır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, hələ ki, dəqiq məlumat yoxdur. Xatırladaq ki, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, saat 10-da (Bakı saatı ilə 11) şəxsiyyəti müəyyən edilmiş ölənlərin siyahısı açıqlanacaq. Ötən axşam Moskvadakı …

Read More »

Prezident İlham Əliyev terror aktı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvada törədilmiş dəhşətli terror aktı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda qeyd edib: “Crocus City Hall” konsert zalında baş vermiş dəhşətli terror aktı xəbəri bizi dərindən sarsıtdı. Bu terror aktını şiddətlə qınayır, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, Rusiya xalqına və həlak olmuş …

Read More »

Azərbaycan XİN Rusiyadakı silahlı hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN sosial şəbəkədə paylaşım edib. “Moskvada “Krokus siti holl” konsert kompleksinə edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiya Federasiyası xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik. Azərbaycan terrorun qurbanı olan ölkə kimi terrorçuluğun bütün forma və təzahürlərini pisləyir”, – xarici siyasət idarəsi …

Read More »