Bazar ertəsi , 20 May 2024

Xarici siyasət

Şuşa Bəyannaməsinin TAM MƏTNİ

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin tam mətnini təqdim edir: Azərbaycan Respublikası və Türkiyə Respublikası, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində görüşünün tarixi əhəmiyyətini vurğulayaraq, İki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 …

Read More »

Ceyhun Bayramov Böyük Britaniyanın nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının siyasi-ictimai dairələri, tədqiqat mərkəzləri və mətbu orqanlarını təmsil edən nümayəndə heyəti ilə görüşüb. XİN-dən “Report” verilən məlumata görə, görüşdə nazir Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi ən böyük təhdid olan Ermənistanın təcavüz siyasəti, onun nəticələri, onilliklər ərzində Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qanunsuz fəaliyyət, genişmiqyaslı dağıntılar və Ermənistanın …

Read More »

Türkiyə Prezidentinin sözçüsü ABŞ-ın milli təhlükəsizlik müşaviri ilə danışıb

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ilə ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sallivan arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, söhbət zamanı ikitərəfli münasibətlər başda olmaqla Suriya, Liviya, Şərqi Aralıq dənizi, Əfqanıstan və Kipr məsələləri müzakirə olunub. Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Co Baydenin iyunun 14-də Brüsseldə baş tutacaq NATO sammitində təkbətək görüşünə hazırlıqla bağlı da …

Read More »

Azərbaycan Britaniyaya ərazilərin minadan təmizlənməsində dəstəyə görə təşəkkür etdi

Xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Ceyms Şarpı qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən “Report”a verilən məlumata görə, nazir qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, xüsusilə sərhəd məntəqəsində baş verən son gərginliklər, üçtərəfli bəyanatların icrası ilə əlaqədar Azərbaycan tərəfindən atılan addımlar, azad edilmiş ərazilərdə mina təhlükəsi və doğurduğu …

Read More »

Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.Nazirlər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.Telefon danışığı zamanı, həmçinin ikirərəfli əməkdaşlıq gündəliyi üzrə müzakirələr aparılıb.Nazirlər, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Read More »

BMT-də Azərbaycan mütəxəssislərinin Ermənistanla bağlı təqdimatları dinlənilib

İyunun 2-4-də 2021-ci il tarixlərində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının (BMT BA) Korrupsiyanın qarşısının alınması, onunla mübarizə və beynəlxalq əməkdaşlığın gücləndirilməsin başlığı altında Xüsusi Sessiyası keçirilmiş və tədbirin yekunu olaraq Siyasi Bəyannamə qəbul edilmişdir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, sessiya çərçivəsində Azərbaycan Respublikasının təşəbbüsü ilə qeyri-kommersiya təşkilatlarından korrupsiya, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi məqsədləri ilə sui-istifadə …

Read More »

Mövlud Çavuşoğlu Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, məlumatı “Daily Sabah” yayıb. O, iyunun ilk həftəsində Azərbaycana gələcək. Qeyd edək ki, XİN başçısı mayın 31-də Yunanıstana gedəcək. M.Çavuşoğlu iyunun 12-14-də isə Belçikaya səfər edəcək.

Read More »

BMT Azərbaycana yeni rezident əlaqələndirici təyin edib

BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi Şimali Makedoniya vətəndaşı Vladanka Andreyeva təyin olunub. Boyukmillet.com bu barədə diplomatik mənbələrə istinadən xəbər verir. Hazırkı rezident əlaqələndirici Qulam İsaqzainin səlahiyət müddəti bu ilin iyununda başa çatır. İxtisasca həkim olan V.Andreyeva 2017-ci ildən Kambocada UNAIDS-in ölkə direktoru vəzifəsində çalışıb. Həmçinin UNDP (BMT İnkişaf Proqramı) və BMT-nin başqa qurumlarında çalışmış diplomat ingilis, serb, rus dillərini bilir.

Read More »

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi missiyasını başa vurur

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai ölkədəki missiyasını başa vurur. Boyukmillet.com xəbər verir ki, diplomat iyunun ikinci yarısında Azərbaycanı tərk edəcək. O, Əfqanıstanın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə təyin edilib. Xatırladaq ki, Qulam İsaqzai 2016-cı ilin aprelindən bəri BMT-nin Azərbaycandakı rezident əlaqələndirici olub.

Read More »