Şənbə , 20 Aprel 2024
Drone Cameras

Xarkov vilayəti Azərbaycanın bölgələri ilə səmərəli əməkdaşlıqda maraqlıdır

Ukraynanın Xarkov vilayətinin şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpa və yenidənqurma işlərində yaxından iştirak edə bilər. Bu ərazinin bərpasına, sənayeyə, kənd təsərrüfatına edilən töhfələr çox qazanclı investisiyalar olacaq.
Boyukmillet.com “AZƏRTAC” a istinadən xəbər verir ki, bu fikri Xarkov Vilayəti Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov və Xarkov Vilayət Şurasının sədri Tatyana Eqorova-Lutsenko ilə görüşündə Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov söyləyib.
“Azərbaycan Prezidenti İlham Əliyev regionlararası əməkdaşlığın səmərəliliyini hər zaman qeyd edib. Xarkov vilayətindən olan nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri üçün plan hazırlanıb. Plan baxılmaq üçün Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbərinə təqdim olunacaq. Bu, səmərəli qarşılıqlı faydalı əməkdaşlıqdır”, – deyə Əfqan Salmanov əlavə edib.
Oleq Sinequbov öz növbəsində səmərəli əməkdaşlığına görə fəxri konsula təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycanın Xarkovdakı fəxri konsulluğu humanitar, mədəni, təhsil və iqtisadi sahələrdə aktiv fəaliyyət göstərir.
“Xarkov vilayəti Azərbaycanın bölgələri ilə əməkdaşlığın inkişafında maraqlıdır”, – deyə qubernator vurğulayıb.

Check Also

Deputat: Fransa bölgəni münaqişə zonasına çevirmək üçün müxtəlif addımlar atır

Fransa surətlə Ermənistanı silahlandırır və bölgəni münaqişə zonasına çevirmək üçün müxtəlif addımlar atır. Boyukmillet.com xəbər …