Cümə , 29 Mart 2024
Drone Cameras

5 QHT azyaşlının döyülməsi ilə bağlı MÜRACİƏT YAYDI

5 QHT  azyaşlının döyülməsi ilə bağlı  müraciət yayıb.


Boyukmillet.com verir ki,  
bu gün sosial mediada yayımlanan məktəbəqədər təhsil müəssisəsində azyaşlıya qarşı müəssisənin əməkdaşı tərəfindən davranış və fiziki zorakılıq ilə bağlı Çevik Ekspertlər Qrupu adından Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Ailə, qadın, uşaq problemləri üzrə Dövlət Komitəsi, Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə müraciət edib.


“Son vaxtlar məktəbəqədər təhsil müəssisələrində və orta məktəblərdə uşaqlara qarşı baş verən şiddət və təzyiqlərlə bağlı sosial mediada davamlı olaraq məlumatlar paylaşılaraq ictimailəşdirilir. Hər gün valideynlər tərəfindən  övladlarının hüquqlarının pozulması, onlara qarşı ayrı-seçkiliklə bağlı Qeyri Hökumət Təşkilatlarına müraciətlər daxil olur.

Bu gün sosial şəbəkələrdə, mətbuatda yayımlanan azyaşlıya qarşı baş vermiş zorakılıqla bağlı Çevik Ekspertlər Qrupu olaraq aşağıdakı məsələləri qaldırırıq:

1. Tədqiqatın aparılması;

2. Hadisəyə hüquqi qiymətin verilməsi; 

3. Uşaq müəssisələrində tərəfimizdən müstəqil monitorinqin aparılması;

4.  Aidiyyatı qurumlarla qarşılıqlı əməkdaşlıq;

5. Məktəbəqədər təhsil müəssisələrində işə götürülənlərin hərtərəfli psixoloji testlərinin aparılması;

6. Belə hallara yol verən pedoqoyi işçinin fəaliyyətinin məhdudlaşdırılması.”

Müraciəti aşağıdakı ictimai birliklər qəbul edib.

1. “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi

 2. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi

3. Azərbaycan Uşaqları İctimai Birliyi

4. Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi 

5. İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyi

Check Also

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir edən əməkdaşını işdən qovdu – FOTOLAR

Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı işdən qovulub.  Manset.az-ın əldə etdiyi məlumata görə, televiziyanın sədri Rövşən …