Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Çavuşoğlu: “Azərbaycan enerji böhranı fonunda üzərinə böyük məsuliyyət götürüb”

“Azərbaycan enerji böhranı fonunda üzərinə böyük məsuliyyət götürüb”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə brifinqdə söyləyib.

“Ukraynadakı müharibə fonunda avropalı dostlarımızın enerji böhranından daha az təsirlənməsi üçün səy göstəririk. Bu məsələdə xüsusilə Azərbaycan öz üzərinə böyük məsuliyyət götürüb. Qarşımızdakı həftələrdə bu məsələləri – istər energetika, istərsə də logistikanı müzakirə etmək məqsədilə Qazaxıstan və Türkmənistanla üçtərəfli iclas keçirəcəyik”, – o bildirib.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …