Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Çavuşoğlu: “Laçın yolundakı son hadisələr Ermənistan üçün bir səmimiyyət testidir”

“Laçın yolundakı son hadisələr Ermənistan üçün bir səmimiyyət testidir”.

“Report”un Ankara Bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada media nümayəndələri üçün ilin son toplantısında bildirib.

“Can Azərbaycanla əməkdaşlığımız iki ölkə arasında ola biləcək ən yüksək səviyyədədir”, – XİN başçısı vurğulayıb.

Türkiyənin Azərbaycanla yaxın həmrəylik içində olduğunu və Ermənistanla normallaşama prosesinin davam etdiyini bildirən Cavuşoğlu deyib ki, Laçın yolundakı son hadisələr Ermənistan üçün bir səmimiyyət testidir.

“Azərbaycanın torpaqlarının zənginliyinin qəsb edilməsinə çalışılması qəbuledilməzdir” deyən Cavuşoğlu Türkiyənin hər məsələdə olduğu kimi, bu məsələdə də Azərbaycanın yanında olduğunu qeyd edib.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …