Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

CBS: Tramp İrana qarşı müharibənin demək olar ki, bitdiyini düşünür

ABŞ prezidenti Donald Tramp İrana qarşı müharibənin faktiki olaraq başa çatdığına və Vaşinqtonun ilkin dörd-beş həftəlik müddətindən xeyli irəlidə olduğuna inanır.

Boyukmillet.com .xəbər verir ki, bu barədə “CBS News”un Ağ Ev müxbiri məlumat verib.

Jurnalist Trampın sözlərini sitat gətirib: “Düşünürəm ki, müharibə, demək olar ki, bitib. Onların nə donanması, nə rabitəsi, nə də hava qüvvələri var”.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı barədə bəyan edib. ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.

Check Also

Rubio: “ABŞ İranın Hörmüzə nəzarət etməsinə icazə verməyəcək”

ABŞ dövlət katibi Marko Rubio ABŞ prezidentinin İranın Hörmüz boğazına nəzarəti ələ keçirməsinin qarşısını almaq …