Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Çeçenistanda qadın geyimlərində yeni qadağalar tətbiq edilib

Çeçenistan qadın geyimlərinə yeni qadağa tətbiq edib. Qadağa “kişilərə məxsus elementlər” olan ənənəvi qadın geyimlərini hədəf alır. Bu, respublika rəhbərliyinin qadınların görünüşünə son vaxtlarda qoyduğu ilk məhdudiyyət deyil. Müşahidəçilər hesab edir ki, hakimiyyətin əsas məqsədi ənənələri qorumaq yox, cəmiyyəti nəzarətdə saxlamaqdır.

Mədəniyyət Nazirliyinin açıqlamasına görə, dizaynerlər artıq “ənənəvi adətlərə və mədəni dəyərlərə zidd” hesab edilən bəzi üslublardan istifadə edə bilməyəcək. Konkret olaraq, hökumət ənənəvi çerkeska – yüksək yaxalı yun çuxanın sinə hissəsində düzülən qazırları (sürsat cibləri) hədəfə alıb.

Nazirlik qazırların niyə ayrıca vurğulandığını belə izah edib:

“Döyüşçülər onları barıt gilizlərini daşımaq üçün istifadə edirdi. Zamanla qazırlar cəsarətin, şərəfin və qoruyucu ruhun rəmzinə çevrildi”.

Mənbə: Wikipedia

Açıqlamada əlavə olunur ki, bu elementlərin qadın geyimində istifadəsi “kişilərə xas simvolikanın mənimsənilməsi və əsrlər boyu formalaşmış ənənələrin pozulması” kimi qiymətləndirilir.

Bu, Çeçenistan rəhbərliyinin son bir ayda qadınların görünüşünə qoyduğu ikinci məhdudiyyətdir. Oktyabrın sonunda qadınların baş örtüyü olmadan küçəyə çıxması qadağan edilmişdi.

Respublika rəhbəri Ramzan Kadırova yaxın olan müşavir Amir Suqayipovun sözlərinə görə, baş örtüyü taxmadan küçəyə çıxan qadınlar “izahedici söhbətlərə” cəlb olunacaqlar. Bununla yanaşı, yalnız gözlər üçün yarıq buraxan müsəlman örtüyü – niqab da qadağan edilib.

Geyim qaydaları və “qohumbazlıq”

Kadırov uzun illərdir ailə üzvlərini yüksək vəzifələrə gətirməsi ilə tanınır. O, həmçinin gələcək varislik məsələsində də mövqeyini möhkəmləndirməyə çalışır.

Mədəniyyət Nazirliyinə rəhbərlik edən İsa İbrahimov – Kadırovun qohumudur. Son qadağanı elan edən quruma bir müddət Ramzan Kadırovun qızı Ayşət Kadırova rəhbərlik edib. O, 2021–2023-cü illərdə nazir olub, daha sonra sosial məsələlər üzrə baş nazirin müavini vəzifəsinə gətirilib. 26 yaşlı Kadırova isə fevral ayında istefa verərək vəzifənin “güclü bir kişiyə daha uyğun olduğunu” deyib və biznes fəaliyyəti ilə məşğul olacağını açıqlayıb.

Onun biznes sahəsindəki ən tanınmış layihəsi “Firdaws” moda evidir. Brendin rəsmi təsvirində qeyd olunur ki, “Firdaws” dizaynerləri “orijinal təvazökar dəb” istiqamətində işləyir və “ənənəvi Çeçen üslubuna, Vaynax naxışlarına və təbiətə sadiq” geyimlər hazırlayır. Şirkət öz məhsullarını “zərif üsluba üstünlük verən və mədəniyyətinə sadiq qalan” qadın və kişilərə təqdim etdiyini bildirir.

Check Also

HƏMAS Qəzzanı idarə etməkdən İMTİNA EDİR

HƏMAS Qəzza zolağını idarə etməyə davam etmək istəmir. Boyukmillet.com xəbər verir ki, bu barədə HƏMAS hərəkatının …