Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Çempionlar Liqasının finalı Kiyevdə keçiriləcək Böyüt

2018-ci ildə Çempionlar Liqasının final matçının hansı ölkədə keçiriləcəyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, UEFA həlledici görüşü Ukraynaya həvalə edib.

 

Bunu Ukraynanın prezidenti Pyotr Poroşenko yerli mətbuata açıqlamasında təsdiqləyib. O bildirib ki, 2018-ci ilin final qarşılaşması Kiyevdə oynanılacaq: “Bu, bütün ölkə, xüsusən də, futbol azarkeşlərimiz üçün möhtəşəm xəbərdi. Əminəm ki, biz final görüşünün təşkilatçılığını yüksək səviyyədə həyata keçirəcəyik”.

Qeyd edək ki, Çempionlar Liqasında cari mövsümün finalı Uelsin Kardiff şəhərində, “Millennium” stadionunda keçiriləcək.

Check Also

Sabiq vergi müfəttişi 395 min manatlıq dələduzluqda ittiham olunur

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinin sabiq dövlət vergi müfəttişi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir