Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Çempionlar Turu: Şəhriyar Məmmədyarov bu gün 1/4 finalda Aronyanla qarşılaşır

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsi olan “Chessable Masters”də bu gün 1/4 final görüşlərinə start veriləcək.

Boyukmillet.com məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu raundda Levon Aronyanla (Ermənistan) üz-üzə gələcək.

1/4 final mərhələsi iki gün davam edəcək. 36 yaşlı qrossmeyster ötən gün XIV turda Aronyanla heç-heçə edib. O, təsnifat mərhələsini 9 xalla 7-cı pillədə tamamlayıb.

Çempionlar Turu

1/4 final cütləri

Şəhriyar Məmmədyarov – Levon Aronyan (Ermənistan)

Uesli So (ABŞ) – Jorden Van Forest (Niderland) (Niderland)

Alireza Firuzca (FIDE) – Le Kuanq Lyem (Vyetnam)

Hikaru Nakamura (ABŞ) – Vladislav Artemyev (Rusiya)

Qeyd edək ki, onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min ABŞ dolları əldə edəcək. Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbovun adı iştirakçılar siyahısına daxil edilməyib.

Check Also

DTX-nin saxladığı tiktoker “Çevik”i hansı cəza gözləyir?

“Çevik” ləqəbi ilə tanınan tiktoker Məqsəd Bağırova Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə ittiham elan edilərək …