Şənbə , 18 May 2024
Drone Cameras

Avropa Liqası: “Neftçi” bu gün Finlandiya klubu ilə üz-üzə gələcək

“Neftçi” bu gün UEFA Avropa Liqasında ilk oyununu keçirəcək.

Boyukmillet.com-un məlumatına görə, “ağ-qaralar” Bakıda Finlandiyanın HİK (Helsinki) komandası ilə qarşılaşacaq. “Bakcell Arena”da oynanılacaq görüş saat 21:00-da başlayacaq. Matçı Şotlandiyadan olan FIFA refirisi Uilyam Kollum idarə edəcək.

Paytaxt təmsilçisinin heyətində zədəli Namik Ələskərov və cəzalı Mert Çelik meydana çıxa bilməyəcək.

Qeyd edək ki, komandalar cavab qarşılaşaması avqustuna 12-də Helsinkidə keçiriləcək. Bu cütün qalibi pley-offda Türkiyə “Fənərbağça”sı ilə üz-üzə gələcək. Məğlub komanda isə Konfrans Liqasının pley-offunda “Makkabi” (Hayfa, İsrail) – “HB Torşavn” (Farer adaları) cütünün qalibinə rəqib olacaq.

UEFA Avropa Liqası, III təsnifat mərhələsi

İlk oyun

3 avqust

21:00. “Neftçi” – HİK (Helsinki, Finlandiya)

Hakimlər: Uilyam Kollum, Devid Makgiçi, Şon Karr, Yuan Anderson (Şotlandiya)

Bakı. “Bakcell Arena”

Check Also

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək. Boyukmillet.com xəbər verir ki, mayın 18-23-də baş tutacaq səfər …