Drone Cameras

Tokio-2020: Rafiq Hüseynov erməni ilə güləşəcək, Manolova medalsız qalıb – YENİLƏNİB

Azərbaycanın qadın güləşçisi Elis Manolova Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.

Boyukmillet.com-un məlumatına görə, 68 kq çəki dərəcəsində mübarizə aparan idmançı Meerim Jumanazarov (Qırğızıstan) ilə üz-üzə gəlib.

Rəqibinə uduzan Manolova olimpiadanı medalsız başa vurub. O, ötən gün 1/8 final mərhələsində nigeriyalı Blessinq Oborududu ilə dueldən məğlub ayrılıb.

Yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) isə bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyanla güləşəcək. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 14:30-da keçiriləcək.06:07

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.

Boyukmillet.com-un məlumatına görə, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı Tunis təmsilçisi Lamyed Maafi ilə üz-üzə gəlib.

11:1 hesabı ilə qalib gələn Hüseynov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Onun rəqibi Ermənistan təmsilçisi Karapet Çalyan olacaq

Qeyd edək ki, Rafiq Hüseynov ötən gün 1/4 final mərhələsində qırğızıstanlı Akjol Mahmudova məğlub olmuşdu.

Check Also

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, yarımfinalın ilk matçında …