Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Ceyhun Bayramov: “Əminəm ki, bu sınağın öhdəsindən birlikdə gələcəyik”

“İndi ən önəmli olan canları qurtarmaqdır. 100-113 saat keçəndən sonra insanın dağıntılar altından sağ çıxması möcüzədir”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Kahramanmaraşda dağıntılar altında qalan şəxslərin axtarış-xilasetmə əməliyyatları izləyərək deyib.

“Allahın köməyi ilə bu işlər uğurla davam edər. Hörmətli Türkiyə Prezidentinin dediyi kimi bir il ərzində bütün bunlar yenidən bərpa ediləcək. Qüdrətli Türkiyə dövləti indiyə kimi bütün qoyduğu hədəflərə çatdığı kimi, bu hədəfinə də çatacaq. Təbii ki, ağır dərd və sınaqdır. Əminəm ki, bunun öhdəsindən birlikdə gələcəyik”, – C.Bayramov vurğulayıb.

Check Also

Trump niyə Zelenskinin aktyorluğuna eyham vurur və onu yada salır?

Çünki Zelenski ABŞ-ın öz seçimidir. Zelenski bir aktyor kimi KQB Putini özünə ram etmişdi. Putin …