Bazar , 19 Yanvar 2025
Drone Cameras

Ceyhun Bayramov Azərbaycanın qarşısında duran əsas məsələni açıqlayıb

“Bu gün Azərbaycan dövləti qarşısında duran əsas məsələ keçmişdə işğal altında olmuş ərazilərin bərpası, onların yenidən qurulması, uzun illər ərzində həmin ərazilərdə yaşayan əhalinin ləyaqətli, təhlükəsiz qayıdışının təmin edilməsidir”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bununla bağlı dövlət tərəfindən nəhəng işlər görülür: “Bu gün Bakıda keçirilən humanitar forumda iştirakçılarla söhbət edirik. Onlar təəccüblənirlər ki, belə qısa müddətdə bu cür işlər görülüb. Böyük şəhərlərin Baş planlarının hazırlanması, infrastrukturun bərpası, iş yerlərinin yaradılması kimi işlər görülüb. Artıq aylar sonra məcburi köçkünlərin qayıdışı nəzərə tutulur. Azərbaycan azad olunan ərazilərdə həmçinin minatəmizləmə işləri aparır”.

Check Also

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə əlaqədar istiqamətlər müəyyənləşib

Görüş Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə reallaşıb Yanvarın 16-da Azərbaycanla Ermənistan arasında dövlət …