“Ermənistan 30 il ərzində bütün hüquqi prinsipləri, mədəni abidələrin qorunmasına dair öhdəlikləri pozub və UNESCO-nun Qarabağ torpaqlarına girməsinə icazə verməyib”.
Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
“Bu məqamlar sənədlərdə əksini tapıb. 44 günlük Vətən müharibəsindən sonra isə Azərbaycan beynəlxalq münasibətlərin məsuliyyətli iştirakçısı olaraq bu məsələdə UNESCO ilə əməkdaşlığa razılıq verdi. Böyük hazırlıq işləri həyata keçirildi. Biz heç bir ayrı-seçkilik etmədən UNESCO-nun bütün tarixi abidələrə baxış keçirməsini istəyir. İyun ayından etibarən Azərbaycan həmin missiyanı dəvət edib. Ermənistan isə həmin missiyanın baş tutmasına əngəl törədir”, – o bildirib.