Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Ceyhun Bayramov hücum edilən Türkiyə gəmisinin kapitanı ilə danışıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilən Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəminin kapitanı ilə telefonla danışıb.

Bu barədə Boyukmillet.com “NTV”-yə istinadən xəbər verir.

Kapitanla həmçinin, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da əlaqə saxlayıb.

Qeyd edək ki, Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, Fərman İsmayılov adlı azərbaycanlı mühəndis isə öldürülüb.

Check Also

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım – FOTO

“Mən və atam teraktdan zərərçəkənlər üçün 100 milyon köçürdük”. Boyukmillet.com bildirir ki, bu sözləri Xalq artisti …