Cümə , 25 Aprel 2025
Drone Cameras

Ceyhun Bayramov Mövlud Çavuşoğluna zəng edib, Azərbaycanın yardıma hazır olduğunu bildirib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Bu barədə  Xarici İşlər Nazirliyindən məlumat verilib.

Ceyhun Bayramov türkiyəli həmkarına zəng vuraraq qardaş Türkiyənin Kahramanmaraş, Qaziantep və digər cənub bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə, Türkiyə hökumətinə və xalqına başsağlığı diləklərini çatdırıb.

O, yaralıların tezliklə sağalmasını arzulayıb.

C.Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində hər bir yardım göstərməyə hazır olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidentinin tapşırığı əsasında yaxın saatlarda axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş Türkiyəyə yola düşəcəyini bildirilib.

M.Çavuşoğlu bu həmrəyliyə və göstərilən dəstəyə görə minnətdarlığını diqqətə çatdırıb.

Check Also

BMT-nin Baş katibinə ünvanlanan məktubda Ermənistanın qızışdırıcı ritorikasına diqqət çəkilib

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev dünya təşkilatının Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda Ermənistan …