Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Ceyhun Bayramov Türkiyə XİN başçısına zəng edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Nazir Ceyhun Bayramov həmkarının COVID-19 testinin pozitiv çıxması xəbərini təəssüflə qarşıladığını bildirib və onun tez bir zamanda tam sağalmasını diləyib.

Nazir Ceyhun Bayramov həmçinin qısa müddətdə nazir Mövlud Çavuşoğlunu Azərbaycanda səfərdə görməkdən məmnun olacağını ifadə edib.

Xatırladaq ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu koronavirusa yoluxub.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …