Cümə , 19 Aprel 2024
Drone Cameras

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu bölgədəki vəziyyəti və “3+3” formatını müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Boyukmillet.com xəbər verir ki, nazirlər bölgədə mövcud olan son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Bölgə ölkələrinin iştirakı ilə 3+3 formatında əməkdaşlıq platformasının həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Nazirlər, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin Pakistanda keçirilməsi nəzərdə tutulan növbədənkənar görüşü ilə bağlı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı tərəflər, qarşılılıq maraq doğuran digər məsələlər də müzakirə edilib.

Check Also

Deputat: Fransa bölgəni münaqişə zonasına çevirmək üçün müxtəlif addımlar atır

Fransa surətlə Ermənistanı silahlandırır və bölgəni münaqişə zonasına çevirmək üçün müxtəlif addımlar atır. Boyukmillet.com xəbər …