Cümə , 3 May 2024
Drone Cameras

CHP lideri: “Meral xanım uyğun görsə, ittifaq edə bilərik”

CHP-nin yeni lideri Özgür Özəl 31 mart 2024-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı açıqlama verib.

Boyukmillet.com xəbər verir ki, o, bu seçkidə Meral Akşener və onun partiyası ilə əməkdaşlığa qapını aralayıb:

CHP lideri “Bələdiyyə seçkilərində İYİ Partiya ilə bağlı yenidən ittifaqa gedə bilərsiniz?” sualına belə cavab verib: “Meral xanım da uyğun görsə, oar. Onunla keçmişdən isti münasibətim var. Biz böyük ittifaqdan çox yerli təşkilatlarımızın səsinə qulaq asacağıq. Bəzi şəhərlərdə ittifaqa gedə bilərik”.

İstanbul və Ankara kimi böyük şəhərlər üçün belə bir ittifaq təşəbbüsünün olub-olmayacağı sualını isə Özəl belə cavablandırıb: “Biz bunları ətraflı və dərindən  müzakirə etməliyik. Əlbəttə, əvvəlcə Meral xanımın ittifaq məsələsinə necə yanaşacağı çox önəmlidir. Biz mətbuat vasitəsilə danışmaq istəmirik. Bu cür məsələlər üz-üzə müzakirə edilər”.

Check Also

Milli Məclisin sədri Qafarova ŞKTC millət vəkili Öztürkü qəbul edib

Türk Dünyası Parlamentlərinin Xarici Əlaqələr Komissiyalarının Toplantısı üçün Azərbaycanda səfərdə olan Cümhuriyyət Məclisinin Hüquq, Siyasi …