Bazar , 23 Fevral 2025
Drone Cameras

Cıdır düzündə ümummilli lider Heydər Əliyevin imzası əks olunub

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə fləşmob keçirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi məlumat yayıb.

Hərbçi, polis və müxtəlif sahələrdə çalışan gənclərin iştirakı ilə keçirilən fləşmob Cıdır düzündə, Şuşanın qala qapılarının önündə və şəhərin başqa nöqtələrində təşkil olunub.

Fləşmob iştirakçılarının iştirakı ilə Cıdır düzündə ümummilli lider Heydər Əliyevin imzası və 99 rəqəmi əks olunub.

Fləşmobun videoçarxında ulu öndərin Şuşa ilə bağlı fikirləri də səsləndirilib.

“Şuşanın inkişafı ulu öndərin adı ilə sıx bağlıdır. Beləki, Vaqifin məqbərəsinin inşası, Şuşa şəhərinin qoruq elan edilməsi və bir çox talehyüklü məsələlər əbədiyaşar liderimizin adı ilə əlaqəlidir”, – Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin paylaşımında bildirilib.

Check Also

Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibəti ilə əlaqədar Azərbaycanın bütün ərazisində …