Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Çikaqoda Azərbaycan bayrağı ucaldılıb

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərinin mərkəzində 28 May Müstəqillik Günü münasibəti ilə Azərbaycan bayrağı ucaldılıb.

“Report”un ABŞ bürosu xəbər verir ki, üçrəngli bayrağımız Azərbaycan dövlət himninin sədaları altında havaya qaldırılıb.

Layihə Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşkilatçılığı ilə baş tutub.

ACMA-nın prezidenti Fərid Məmmədov “Report”a açıqlamasında deyib ki, artıq ənənəyə çevrilmiş layihə hər il Azərbaycan üçün əlamətdar günlərdə təşkil olunur.

Qeyd edək ki, dövlət bayrağımız gün ərzində Çikaqo şəhərinin meriyası qarşısında – “The Daley Center”də dalğalanacaq.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …