Bazar , 8 Sentyabr 2024
Drone Cameras

Çin lideri dünya dövlətlərinə çağırış edib

Qlobal siyasi arenada görünməmiş dəyişikliklərlə əlaqədar beynəlxalq ictimaiyyət həmrəylik nümayiş etdirməli və çoxtərəfli əməkdaşlığı gücləndirmək üçün tədbirlər görməlidir.

Boyukmillet.com xəbər verir ki, bu fikirlər Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinin “İmperial Springs 2023” beynəlxalq forumunun iştirakçılarına müraciətində yer alıb.

Onun sözlərinə görə, görünməmiş və epoxal dəyişikliklər qarşısında bəşəriyyət birləşməli, daim təcrübə mübadiləsi aparmalı, tolerantlığı və açıqlığı qorumalı, qarşılıqlı faydalı əməkdaşlığı təşviq etməlidir.

O, həmçinin əlavə edib ki, indi bütün ölkələr daha yaxşı dünya qurmaq üçün birgə səylər göstərməlidir.

Eyni zamanda, Çin lideri dövlətlərin həqiqi çoxtərəfli əməkdaşlığı və ümumi taleyi olan beynəlxalq birliyin formalaşmasını dəstəkləyəcəyinə ümid etdiyini bildirib.

Check Also

ABŞ silah-sursat istehsalını genişləndirmək üçün 5,3 milyard dollar xərcləyib

Pentaqon 2022-ci ildən bəri raket istehsalını genişləndirmək üçün 5,3 milyard dollar xərcləyib. Boyukmillet.com xəbər verir …