Bazar , 19 May 2024
Drone Cameras

Çin şirkətləri azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə dəvət olunub

Çin şirkətləri işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinə dəvət olunublar.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo ilə görüşündə bildirilib.

Dövlət başçısı Azərbaycanın bərpaolunan enerji potensialı barədə məlumat verib. Çinin bu sahədə böyük texnoloji imkanlara malik olduğu qeyd edilib.

Söhbət zamanı Çin şirkətləri işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinə dəvət olunublar.

Qonaq Çinin ölkəmizin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini qeyd edib.

Check Also

Ekspert: Qazaxıstan platforması Bakı ilə İrəvan arasında danışıqlar üçün əsas ola bilər

Qazaxıstan platforması Azərbaycan və Ermənistan arasında danışıqlar üçün əsas məkan ola bilər. Qazaxıstan platformasını qiymətləndirərkən …