Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Çin və ABŞ arasında MÜHÜM RAZILAŞMA

Çin və ABŞ kənd təsərrüfatı sektoru da daxil olmaqla, ticarət əməkdaşlığını genişləndirmək məqsədilə bir sıra mallara tətbiq edilən rüsumların qarşılıqlı şəkildə azaldılması barədə razılığa gəliblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Çin Ticarət Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Sənəddə tərəflərin tarif məhdudiyyətlərinin yumşaldılması barədə qərar qəbul etdiyi bildirilir. Lakin rüsumların azaldılacağı malların dəqiq siyahısı hələlik açıqlanmır – təfərrüatlara dair danışıqlar davam edir.

Həmçinin Çinin ABŞ-dən təyyarə almağı planlaşdırdığı təsdiqlənib, lakin hava gəmilərinin sayı və növü barədə dəqiq məlumat verilmir.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …