Şənbə , 16 May 2026
Drone Cameras

ÜST-dən hantavirusla bağlı MÜHÜM AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kruiz gəmisində epidemiyaya səbəb olan hantavirusun mutasiyaya uğraması, daha yoluxucu və ya təhlükəli formaya keçməsi ilə bağlı hazırda heç bir sübutun olmadığını bəyan edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı “The Hill” nəşri yayıb.

ÜST-nin Epidemiya və Pandemiyalara Hazırlıq Departamentinin direktoru Mariya Van Kerkhove bildirib ki, genetiklər hazırda yoluxmuş sərnişinlərdən götürülmüş virus nümunələrini yaxından analiz edirlər.

“Mütəxəssislər virusun daha yoluxucu olduğunu və ya xəstəliyin gedişatını ağırlaşdırdığını göstərən hər hansı bir dəyişiklik aşkar etməyiblər”, – qurum rəsmisi vurğulayıb.

Qeyd edək ki, gəmidə baş verən və 3 nəfərin ölümü ilə nəticələnən epidemiyadan sonra layneri tərk edən sərnişinlər dərhal tibbi nəzarətə götürülüb və karantinə yerləşdiriliblər. ABŞ-dən olan sərnişinlər Nebraska ştatındakı Milli Karantin Mərkəzinə təxliyə edilib. Onlara prosesi mərkəzdə tamamlamaq və ya evdə monitorinq altında qalmaq seçimi verilib.

ÜST-dən verilən açıqlamada qeyd olunub ki, hantavirusun insandan insana keçmə riski olduğu üçün belə ciddi karantin tədbirləri sırf “ehtiyat tədbiri” olaraq görülüb. Təşkilat gəmidə olan hər kəsə 42 günlük karantin rejiminə əməl etməyi tövsiyə edir.

Bununla belə, Ümumdünya Səhiyyə Təşkilatı hazırkı mərhələdə geniş ictimaiyyət üçün ümumi risk səviyyəsinin aşağı olduğunu bildirib.

Check Also

Kosmosa insan embrionu göndərildi – Həyata orada davam edəcək

Çinli alimlər insanlığın gələcəkdə kosmosda yaşayıb-yaşaya bilməyəcəyini araşdırmaq üçün diqqətçəkən eksperimentə başlayıblar. Musavat.com xəbər verir ki, …