Cümə axşamı , 8 Yanvar 2026
Drone Cameras

Çin Yaponiyanı hədələdi: Təhlükəsizliyimizə təhdid yaradır

Çin Xarici İşlər Nazirliyi Yaponiya Müdafiə Nazirliyinin etirazına bəyanatla cavab verib.

Boyukmillet.com xəbər verir ki, bəyanatda Yaponiya vrdusu vaxtaşırı Çinin təhlükəsizliyini təhdid edən hərəkətlər etdiyi iddia olunur: “Faktlar tamamilə aydındır: dəniz və hava təhlükəsizliyinə ən böyük təhlükəni Yaponiyanın tez-tez kəşfiyyat uçuşları və Çinin müntəzəm hərbi fəaliyyətlərinin yerlərinə yaxınlaşan qırıcı təyyarələrin müdaxiləsi yaradır”.

Pekin həmçinin iddia edir ki, Tokio qəsdən faktları təhrif etməyə və Çinin Yapon qırıcı təyyarələrini “radar hədəfi” ilə bağlı son hadisəyə görə günahı Pekinin üzərinə atmağa çalışır. XİN-in bəyanatına görə, bununla Yaponiya beynəlxalq ictimaiyyəti çaşdırır və vəziyyəti daha da gərginləşdirir: “Bütün bunlar gizli niyyətlərdən irəli gəlir. Çin cavab olaraq qəti etirazını bildirir. Biz təkid edirik ki, Yaponiya Çinin planlaşdırılan təlimlərinə mane olan təhlükəli hərəkətləri, bütün bu məsuliyyətsiz yalan təbliğatı və siyasi manipulyasiyalara əl atmağı dayandırsın”.

Qeyd edək ki, dekabrın 7-də Yaponiya Müdafiə Nazirliyi Okinava adası yaxınlığında uçuşlar həyata keçirən hərbi təyyarələrinin Çinin bölgədəki təyyarələri tərəfindən radar hədəfinə alındığını elan edib. Tokio bildirir ki, onun təyyarələri beynəlxalq qaydaların heç bir tələbini pozmadan müşahidə aparmaqla məşğul olduğu halda Çinb təyyarələri açıq düşmənçilik nümayiş etdirib.

Check Also

Ərdoğan Maduronun istefa verib Türkiyəyə gəlməsi ilə bağlı təklif iddialarını təkzib edib

Prezident Rəcəb Tayyib Ərdoğan Venesuelanın prezidenti Nikolas Maduronun istefa verib Türkiyəyə gəlməsi təklifi ilə bağlı …